Yuxarı

AST Telmanın məşhur restoranı əlindən alına bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlı milyarder Telman İsmayılov "Bank Moskva"ya olan borcunu ödəmək üçün Moskvanın Krasnaya Presnya və İzmaylovo səmtlərindəki binaları ilə vidalaşa bilər.

Telman İsmayılov yaratdığı AST şirkətlər qrupunu oğulları Ələkbər və Sərxana verib.

Hazırda isə "Bank Moskva" və AST şirkətlər qrupuna daxil olan KBF AST şirkəti 4 milyard rubl məbləğindəki borc probleminin tənzimlənməsi ilə bağlı danışıqlar aparırlar.

"Bank Moskva" bir neçə il öncə AST-yə kredit vermiş, Telman İsmayılovun şirkəti isə alınmış 4 milyard rublluq kreditlə bağlı ödənişləri vaxtında reallaşdırmamışdı.

Həmin krediti almaq üçün Telman İsmayılov Moskvanın Arbat küçəsindəki məşhur "Praqa" restoranını, Krasnaya Presnyada "Tropikano" biznes mərkəzini və Şərqi İzmaylovodakı binalar kompleksini girov qoymuşdu.

"Bank Moskva" kredit problemini həll etmək üçün AST-dən Krasnaya Presnya və İzmaylovodakı binaları alacaq.

Bu binaların dəyəri krediti ödəmək üçün yetərli olmasa, AST Telman kimi tanınan Telman İsmayılov "Praqa" restoranını da itirəcək /Milli.az/.

Tarix
2014.06.05 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla