Yuxarı

Ziya Məmmədovdan inanılmaz vəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəza oldu-olmadı, Dövlət Nəqliyyat Departamenti hər gün monitorinqlər aparır".

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov açıqlamasında belə deyib. Son günlər ictimai nəqliyyatın, xüsusən avtobus qəzalarının sayının artmasını şərh edərkən o, qeyd edib:

"Qəzalar dünyanın bütün ölkələrində baş verir və qaçılmazdır. Kiçik ölkə olduğumuz üçün Azərbaycanda baş verən qəzalar daha tez diqqət çəkir".

N. Həsənovun sözlərinə görə, monitorinqlər zamanı nəinki sürücülər, hətta sahibkarlar da cəzalandırılır.

"Hətta elə sahibkarlar olub ki, onların əlindən marşrut xətləri də alınıb. Çünki sürücünü işdən kənarlaşdırmaq kimi səlahiyyətimiz yoxdur. Bunu yalnız sahibkar edə bilər. Biz problemlə bağlı sahibkara tövsiyələr verə bilirik".

Yeri gəlmişkən, nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə Bakıdakı avtobus sürücülərinə dair yeniliklər tətbiq olunacaq.

Belə ki, N.Həsənov sürücülərin sərnişinlərə qarşı kobud rəftarı ilə bağlı bildirib ki, hazırda ehtiyat sürücü bazası yaradılır.

"Bu yaxınlarda bütün avtobus sürücüləri müasir tələblərə cavab verən ümumi vahid formaya keçəcək. Bu sahədə işlər yekunlaşdırılır. Sürücülük bacarmayanlar, həmçinin, işini normal həyata keçirə bilməyən sahibkarlar xətdən yığışdırılacaq. Avtobuslarda təcrübəsi, mədəniyyəti olan sürücüləri görəcəksiniz. Bütün formalar artıq hazırdır" /Modern.az/.

Tarix
2014.06.05 / 13:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla