Yuxarı

Kəmaləddin Heydərov Bəşir Atalaya medal verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş nazirinin müavini Bəşir Atalay Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif edilib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş nazir müavininə "Xidmət Medalı"nı Qəbələdə keçirilən fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

Nazir Kəmaləddin Heydərov qeyd edib ki, iki qardaş ölkə-Türkiyə və Azərbaycan beynəlxalq platformalarda uğurlu əməkdaşlıq edirlər. Bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də əlaqələr ən yüksək səviyyədədir.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Türkiyə baş nazirinin müavini yüksək səviyyədə keçirilən beynəlxalq konfransın böyük əhəmiyyətini qeyd edib, qardaş Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə aparılan quruculuq işlərindən məmnunluğunu ifadə edib.

Bəşir Atalay vurğulayıb ki, Türkiyənin Van şəhərində baş vermiş zəlzələ zamanı da ilk yardıma yetişən ölkə Azərbaycan olub. O, ümidvar olduğunu bildirib ki, iqtisadi və sosial sahələrdə inamla irəliləyən və qüdrətli dövlətə çevrilən Azərbaycan ilə Türkiyə birlikdə daha böyük nailiyyətlər əldə edəcək, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi daha da genişlənəcək.

Tarix
2014.06.05 / 14:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla