Yuxarı

Nurçular İlham Əliyevə məktub yazdılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurçular İlham Əliyevə məktub yazdılar

Nurçular Yasamal rayonunda yerləşən Eldəniz Balamət oğlu Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında keçirilən yığınacaqla əlaqədar olaraq prezident İlham Əliyevə şikayət məktubu yazıblar.

Məktubda qeyd olunub ki, nurçular həmin gün Eldəniz Balamət oğlunun bacısının ərinin dəfn mərasiminə yığışıblar.

Xatırladaq ki, bir neçə ay öncə "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb /ANS/.

Tarix
2014.06.05 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla