Yuxarı

Lavrov Azərbaycana yeni silah müqaviləsinə gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Azərbaycana yeni silah müqaviləsinə gəlir

"Rusiya Azərbaycana yeni partiya silah satmaq istəyir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni jurnalist Naira Ayrumyan çıxış edib.

O, hadisələrin gedişinə uyğun olaraq sonrakı mərhələdə Qarabağa rus sülhməramlılarının yeridilməsi üçün də şərait yaradılacağını bildirib:

"Lavrovun və digər rus diplomatlarının Azərbaycana səfəri ərəfəsində Azərbaycana yeni partiya silahların satılması haqqında bəyanat verilə bilər. Həmçinin istisna edilmir ki, Əliyev rəsmi olaraq Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini istəsin. Amma bu vaxta qədər isə cəbhə xəttində gərginlik artacaq və hər iki tərəfdən ölənlərin sayı çoxalacaq. Serj Sərkisyan isə hələ də susur. O, ən azından Astanada Rusiyanın tutduğu mövqeyə etiraz edə bilərdi. Amma susmaq Ermənistanın Rusiya və Azərbaycan arasında yaranmış ittifaq qarşısında gücsüz olmasının sübutu idi".

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri iyunun 17-18-də gerçəkləşəcək.

Tarix
2014.06.06 / 11:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla