Yuxarı

Surət Hüseynovla səfirin məxfi görüşü olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"1992-1993-cü illərdə Tehran Azərbaycanda maksimal dərəcədə mövqelər yaratmağa çalışırdı".

Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu Gəncə qiyamı ilə bağlı məqaləsini şərh edərkən deyib.

O, İran kəşfiyyatının Azərbaycan ərazisində ölkənin təhlükəsizlik orqanlarından daha açıq fəaliyyətə meyil etdiyini bildirib:

"İran kəşfiyyatı Azərbaycanda çox fəal idi və bütün sahələrə müdaxilə edirdi. Burada öz mövqelərini qurmaqla məşğul idi. O cümlədən, media və xüsusilə televiziya sahəsinə ciddi maraq göstərirdi. Tehran Azərbaycanda maksimal dərəcədə mövqelər qazanmağa çalışırdı. İran o zaman müəyyən uğur da qazanmışdı. O zaman ölkənin hüquq mühafizə orqanları daha ehtiyatla davranırdı. Mən yazımda da qeyd etmişəm ki, iranlılar Azərbaycanın təhlükəsizlik orqanlarından fərqli olaraq, özünü daha aktiv və daha açıq şəkildə aparırdı. Anormal bir hal idi. Əslində, o, sıxışdırılmalı və ifşa olunmalı idi. İran eyni zamanda yüzlərlə Azərbaycan vətəndaşını dini təhsil adı altında ölkədən Quma, İsfahana və digər şəhərlərə aparırdı. Həmin ayrılan rəqəm də şərti rəqəmdir. Təbii ki, dəqiq olaraq heç kim onu bilmirdi, amma təqribi hesablamalar 14-16 milyon dollar vəsaitin ayrıldığını ortaya çıxarırdı. Təsəvvür edin ki, Gəncədə qiyam baş verəndə İranın Azərbaycandakı səfiri gedib birbaşa Surət Hüseynovla görüşdü və ona Quran hədiyyə elədi. Bu, normal ölkədə ağlasığmaz bir şeydir. Həmin səfir anında qovulardı, amma təəssüf ki, bunların heç biri olmadı. İran kəşfiyyatını deyə bilmərəm, amma səfirləri gedib açıq-aşkar qiyama dəstək vermişdi".

Qeyd edək ki, politoloq Ərəstun Oruclu Gəncə qiyamı ilə bağlı yazısında İranın 1992-1993-cü illərdə pozuculuq fəaliyyətini Azərbaycanda həyata keçirməsi üçün 14-16 milyon dollar məbləğində pul xərclədiyini qeyd etmişdi. O, Tehranın kəşfiyyat orqanlarının ölkənin media sahəsində özlərinə daha çox yer etməyə çalışdığını bildirmişdi.

Tarix
2014.06.06 / 21:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla