Yuxarı

Erməni zabit axtarışa verildi - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni zabit axtarışa verildi - Səbəb

İşğalçı Ermənistan silahlı qüvvələrinin Madagizdə yerləşən 33651 nömrəli hərbi hissəsinin zabiti kapitan Edik Poqosyan xidmətdə rastlaşdığı problemlər, Ermənistan ordusunda olan cinayətlər, yüksək vəzifəli hərbçilərin özbaşınalığı haqqında sosial şəbəkələrdə paylaşımlar etdiyinə görə təqiblərə məruz qalıb.

Axar.az xəbər verir ki, aktiv sosial şəbəkə istifadəçisi olan kapitan Poqosyan xidmət etdiyi hərbi hissədə baş verən mənfi hallar, özbaşınalıqlar və ölüm hadisələri barədə öz fikirlərini bölüşüb. Bundan sonra o, komandanlıq tərəfindən təzyiqlərə məruz qalıb. Haqsızlıqlara dözməyən Ermənistan ordusunun kapitanı çıxış yolunu qaçıb canını qurtarmaqda görüb. İlk cəhddən sonra valideynlərinin köməyi ilə hərbi hissəyə qaytarılan zabit yenə də böyük çətinliklər və təhqirlərlə üzləşdiyindən xidmət yerini yenidən tərk edib.

Hadisə ilə bağlı kapitan E. Poqosyan barəsində cinayət işi açılıb və axtarış elan edilib. İstintaq davam edir.

Tarix
2017.09.01 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla