Yuxarı

“Azərbaycan prezidentlərin görüşündən yayınır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan prezidentlərin görüşündən yayınır”

"Azərbaycan tərəfi Sərkisyan və Əliyevin görüşünü təxirə salmaq üçün mümkün olan hər şey edir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan çıxış edib.

O, bu görüşü təxirə salmaqla Azərbaycanın vaxt qazanmaq istədiyini vurğulayıb:

"ATƏT-in sədri, Minsk Qrupunun həmsədrləri, hətta Fransa prezidenti belə prezidentlər səviyyəsində görüşün keçiriləcəyini təklif ediblər. Bu o deməkdir ki, vasitəçilər aramızdakı münaqişəyə son qoymaq istəyirlər. Lakin Azərbaycan tərəfi danışıqlarda inkişafın qarşısını almaq üçün hər şey edir. Azərbaycan qəsdən görüşün baş tutmamasına çalışır. Onu da deyim ki, Qarabağın Ermənistanın hissəsi olduğunu heç vaxt deməmişik. Qarabağ – müstəqil dövlətdir. Bizim Qarabağla münasibətimiz üfüqi şəkildədir. Lakin bu o demək deyil ki, Ermənistanla Qarabağ arasında sərhəd olacaq. Azərbaycanın apardığı siyasət sonda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına gətirib çıxaracaq".

Qeyd edək ki, Ermənistan tərəfi, xüsusilə eks-prezident Robert Köçəryan indiyə qədər Dağlıq Qarabağı Ermənistanın ayrılmaz parçası adlandırırdı.

Tarix
2014.06.07 / 12:20
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

32 nəfər Almaniyadan Azərbaycana gətirildi

İmaməli Rəhman Azərbaycana gəldi

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlıq...

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla