Yuxarı

“Azərbaycan snayperlərini geri çəkməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sərhəddəki son insidentlər bizi dərindən narahat edir. Bu istiqamətdə (Naxçıvanla sərhəddə bir gündə iki erməni hərbçisinin öldürülməsi nəzərdə tutulur - red.) ilk dəfədir ki, belə hallar baş verir və insan itkiləri olur".

Erməni internet portallarından birinə müsahibəsində Ermənistanın hakim partiyasının deputat fraksiyasının üzvü Koryun Naapetyan dediyi bu fikirləri "Musavat.com" yayıb. K.Naapetyan Naxçıvan istiqamətində baş verən atəşkəs pozuntularını Ermənistanın geosiyasi inteqrasiya prosesləri ilə bağlayıb:

"Cəbhə xəttindəki son insidentlər təkcə Ermənistan Silahlı qüvvələrinin sayıqlığını yoxlamaq məqsədi güdmür, həm də regionda Ermənistanın da iştirakı ilə gedən müxtəlif geosiyasi və inteqrasiya prosesləri ilə bağlıdır".

Erməni deputatın fikrincə, keçmişdə də güllə səsləri eşidilib, ancaq son illər ərzində bu cür insidentləri xatırlamıram. Biz dəfələrlə məsələni qaldırmışıq, ancaq Azərbaycan snayperləri sərhəddən yığışdırmır.

Naapetyan məsələni NATO Parlament Assmbleyasının iyunun 16-18-də Bakıda keçiriləcək "Roz Rot" seminarında qaldıracağını söyləyib: "Nümayəndə heyətinin rəhbəri kimi Bakıda mən mütləq son insidentə də diqqət yönəldəcəyəm".

Xatırladaq ki, Azərbaycan və Ermənistan təmas xəttində, Qarabağ istiqamətində atəşkəs vaxtaşırı pozulsa da, Naxçıvan istiqamətində atəşkəsin pozulması kifayət qədər ciddi hadisə sayılır. Ancaq yada salaq ki, Naxçıvan istiqamətində ilk incident iyunun 2-də baş verib. Həmin gün erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan əsgəri Zaur Həsənov şəhid olub. Azərbaycan yalnız iyunun 5-də pozulan atəşkəsə reaksiya verib və 2 erməni əsgəri öldürülüb.

Buna baxmayaraq, ermənilər Naxçıvan istiqamətində atəşkəsin Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulduğunu iddia etməkdə və bunu beynəlxalq təşkilatların nəzərinə çatdırmaqdadırlar. Azərbaycan mediasının yerli mənbələrə istinadla ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması və ya hücumu barədə xəbərləri isə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti birmənalı olaraq təkzib edir. Azərbaycan tərəfi həmçinin son bir həftə ərzində atəşkəs pozulan istiqamətlərdə Naxçıvanın adını bircə dəfə də qeyd etməyib – baxmayaraq ki, iyun 2-də əsgərimiz Zaur Həsənov məhz Naxçıvanda şəhid olub.

Tarix
2014.06.08 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla