Yuxarı

Bakı Böyük Şəhər Bələdiyyəsi nə vaxt yaradılacaq? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı şəhərində Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı heç bir iş görülmür, çox güman ki, buna maraq da yoxdur".

Bunu Axar.az-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaranması ilə bağlı bildirdiyi fikirləri şərh edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov dedi:

"Bakı şəhərində Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı müəyyən amillər var ki, bu, millət vəkilinin fikirlərində müəyyən haqlı məqamların olduğunu göstərir. Amma bu o demək deyil ki, prosesə başlamaq lazım deyil. Hətta mən deyərdim ki, bu prosesə çoxdan başlanmalı idi. Bakı şəhərində Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı heç bir iş görülmür, çox güman ki, buna maraq da yoxdur. Birmənalı şəkildə "bu prosesə hazır deyilik" demək özü də doğru deyil".

Ekspert hesab edir ki, bələdiyyənin yaradılması ilə bağlı infrastrukturdakı problemlərin önə çəkilməsi o qədər də uğurlu fikir deyil:

"İnfrastruktur məsələsinə gəldikdə isə, bu mərhələli şəkildə öz həllini tapacaq məsələdir. Bunun üçün ilkin addımlar atılmalıdır və sonra isə qarşıda duran məsələləri növbəti mərhələlərdə həll etməyə dəyər".

Deputatın Bakı şəhərinin böyüklüyü ilə bağlı fikirlərinə aydınlıq gətirən Rəcəb İmanov bu iddianın doğru olmadığını deyir:

"Böyük Şəhər Bələdiyyəsinin yaradılmasında şəhərin böyüklüyünün heç bir əhəmiyyəti yoxdur. Bu şəhər böyükdür və bu şəhərdə Böyük Şəhər Bələdiyyəsi ola bilməz. Bu cür düşünmək doğru deyil. Ümumilikdə bu cür problemləri həll etmək üçün dünya təcrübəsindən yararlanmaq olar. Məsələn, İstanbulun Böyük Şəhər Bələdiyyəsinin idarə edilməsi üçün yaradılan sistemdən istifadə edə bilərik. Yaxud digər ölkələrin ən yaxşı təcrübələrini götürüb pilləli şəkildə həmin təcrübədən istifadə etmək olar. Bakıda qəsəbə və kəndlərin bələdiyyələri yaradıla bilər ki, o da Bakı Böyük Şəhər Bələdiyyəsinə tabe olar".

Proseslərin başlanıb bitməsinə aydınlıq gətirən ekspert hesab edir ki, bu, görüləcək işlərin sürətindən asılıdır:

"Dediyim kimi, hazırda Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün heç bir iş görülmür. Əgər proseslərə start verilərsə və işlər sürətlə davam etdirilərsə, tez bir zamanda ilkin nəticəyə nail olmaq mümkündür. Hesab edirəm ki, öncə strukturda hansısa işlər görülməlidir, daha sonra isə klassik bələdiyyə xidmətlərinin göstərilməsinə başlanıla bilər".

Xatırladaq ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv kimi qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də qısa zamanda iri şəhərlərdə Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə əlaqədar idi.

Bir neçə gün öncə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Bakıda Böyük Şəhər Bələdiyyəsinin yaranması prosesinin yubanması məsələsinə aydınlıq gətirib. O deyib ki, gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Ancaq hazırda bu, qeyri-real məsələdir. Çünki Bakı Azərbaycanın yarısıdır. Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür. Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu istiqamətdə digər islahatlar da gedəcək. Digər tərəfdən, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması yönündə Avropa Şurasından həmişə təkliflər olur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə daxil olanda imzalanan sənədlərdə maddələr var. Tutaq ki, gərək 20 maddədən 15-i mütləq həllini tapsın. Azərbaycan nəzərdə tutulan maddələri yerinə yetirib. Bəzi məsələlərin həlli isə vaxt tələb edir. Bakı Böyük Şəhər Bələdiyyəsi də bu sıradadır".

Tarix
2014.06.09 / 18:38
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla