Yuxarı

Avrasiya İttifaqı Qarabağı qaytarmaq üçün böyük şansdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avrasiya İqtisadi İttifaqının təhlükəli birlik və ya ideologiya olduğunu düşünmürəm. Bu, sadəcə alternativdir və bütün hallarda dünya qütbləşməsində alternativlərin mövcudluğu balanslaşmaya daha ciddi təsir edir".

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Avrasiya İqtisadi Birliyi və Azərbaycanın bu birliklə münasibətlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Qərblə Rusiya arasında münasibətlərin gərginləşməsi əslində dünya düzəmində yeni siyasi-iqtisadi münasibətlər formulunu meydana çıxarır:

"Rusiya bütün hallarda iddialarından bir addım geri durmağa və Qərbin alternativi olaraq meydana çıxmaq üçün ədalət prinsiplərinə daha artıq meyl etməyə məhkumdur. Həmçinin, bu birliyin təsisçiləri olan Qazaxıstan və Belarusiyanı da unutmayın. Qazaxıstan Astanadakı təsis yığıncağında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini ortaya qoydu və Azərbaycanın haqqını Rusiyanın susması ilə təsdiqlədiyini müşahidə etdik. Deməli, Avrasiya İttifaqının lideri olan Rusiya bu vaxta qədər sərgiləmədiyi münasibəti ortaya qoymağa məhkumdur".

Rusiyanın Krımı anneksiyasının və hazırkı aqressor siyasətinin Avrasiya İttifaqında davam edəcəyinə şübhə ilə yanaşdığını bildirən N.Orduxanlı məsələyə daha geniş geosiyasi vəziyyətdən baxmağın tərəfdarıdır:

"Avrasiya İttifaqının təsisçilərindən digəri – Belarusiya Prezidenti Lukaşenko Ukrayna prezidentinin andiçmə mərasimində iştirak etdi və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Rusiyada isə buna qarşı hər hansı aqressiv münasibət göstərmədi.

Məsələ isə daha dərinlərə gedib çıxır. NATO və Avropa Birliyinin şərqə doğru genişlənməsi bəzən ciddi hərbi təbəddülatlar və kataklizmlərlə, dövlət və xalqların hüquqlarının kobud surətdə pozulması ilə müşahidə olunur. Maydanda Qərb strateqləri işləyirdi, Rusiya kimi nəhəng bir dövlət isə əhalisinin yarısı rus, yarısı isə qardaş ukrayn olan Ukraynanı itirməklə əlbəttə barışa bilməzdi. Bu usta siyasətin öhdəsindən gələ bilməyən Putin son addıma əl atdı. Baltikyanından başlayaraq, Gürcüstana qədər NATO Rusiyanı üzük qaşı kimi dövrəyə alıb. Bir anlıq Rusiya ambisiyaları ilə düşünün: necə qərar verərdiniz?"

Birqütblü dünyanın Liviyadan Suriyaya qədər bir cəhənnəm yaratdığını bildirən N.Orduxanlının fikrincə, SSRİ zamanında bu cür fəlakətləri təsəvvür belə etmək olmazdı:

"Söhbət SSRİ-dən, ya hansısa imperiyadan getmir, söhbət dünyanın ikiqütblü olmasından gedir. İkiqütblü dünya daha ədalətli düzən reallığı ortaya çıxır.

Bu baxımdan, Avrasiya İttifaqına daha ciddi yanaşmağın tərəfdarıyam. Xatırlayırsızsa, hələ bir ay öncə BAXCP olaraq sədrimiz Qüdrət Həsənquliyev "Qarabağ problemini Azərbaycan xalqına yaradan Rusiya ilə danışıqlar masasına oturmalıyıq" təşəbbüsü ilə çıxış etmişdi. Azərbaycan geostrateji mövqeyinə və enerji potensialına görə cəlbedici ölkədir və bu ölkə də həqiqətini istəyir. Bizimlə danışıqlar masasına oturan və öz geosiyasi maraqlarının təmin olunmasına çalışan istənilən güc bizim həqiqətimizi də etiraf etməli və bu işdə yardımçı olmalıdır. Kimdir bu güc?"

N.Orduxanlının fikrincə, alternativin meydana çıxması Qərbi düşündürür artıq:

"Türkiyə rəsmi şəkildə bildirdi ki, Avropa Birliyinə üzvlükdə yenə maneə yaradılacaqsa, biz Avrasiya İttifaqı haqqında düşünməyə məcbur olacağıq. Söhbət Avrasiya İttifaqına Türkiyənin qoşulmasından getmir, söhbət Qərbin ciddi risk qarşısında başqa dövlətlərin ədalətini qorumasından gedir. Bir xristian klubu olaraq xarakterizə edilən və onillərdir Türkiyəni sıralarına almayan Avropa Birliyi nəhayət Avrasiya İttifaqını görməlidir ki, hegomon iddialarından bir addım geri dursun.

Bu baxımdan Avrasiya İttifaqına alternativ və digər ölkələrə seçim imkanı yaradan qurum kimi yanaşmaq lazımdır. Ona görə də Avrasiya İttifaqına nəinki qorxulu kabus, hətta geniş manevr və ədalətimizin təmini yolunda mümkün şərait kimi baxıb, vəziyyəti qiymətləndirə bilərik".

N.Orduxanlı Rusiya ilə iqtisadi-siyasi bağları da unutmamağa çağırıb:

"Rusiyada çoxsaylı soydaşımız biznes fəaliyyəti ilə məşğul olur. Türk dövlətləri də ərazi baxımından Avrasiya İttifaqının çevrəsinə düşür. Buna görə də 5 türk prezidentinin Bodrum məsləhətləşmələrini də gözardı etmək olmaz. Bütün bu strateji hədəfləri düşünməklə, Rusiya ilə danışıqlar masasına oturmalıyıq.

Digər tərəfdən, bir məsələni də anlamalıyıq. Bizim Ermənistanla danışıqlarımız 20 ildir ona görə nəticəsizdir ki, "qarşı tərəf" kimi qeyri-müəyyən bir dövlət çıxış edir. Yəni əslində Dağlıq Qarabağ probleminin arxasında Ermənistan dayanmayıb, Rusiya dayanıb. Biz də Ermənistanla yox, Rusiya ilə danışmalıyıq və yalnız onda bu danışığın bir bəhrəsi ola bilər".

Orduxanlı Azərbaycanın Avrasiya və Gömrük İttifaqının üzvü ola biləcəyini xüsusi vurğulayıb:

"Amma bundan öncə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon məsələsi həll olunmalıdır. Əgər Rusiya bizim istədiyimizi etməyəcəksə, yəni Qarabağı qaytarmayacaqsa, biz də bu ittifaqlara daxil olmayacağıq. Məsələnin mahiyyəti budur! Özləri də yaxşı bilir ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Bu gün ABŞ, Avropa Birliyi istəyir ki, Rusiya Qarabağı alıb Ermənistana birləşdirsin və Azərbaycanla Rusiya əbədi düşmən olsun. Bu halda bizim Qərbdən yapışmaqdan savayı yolumuz qalmır. Qərb Azərbaycana Rusiyanı əbədi düşmən etmək istəyir. Neçə ki, Qərb bunu Ukraynada edə bildi. Bu gün Rusiya ilə Ukraynanı düşmən edən Qərbdir".

Tarix
2014.06.10 / 01:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla