Yuxarı

Naxçıvanda Azərbaycan ordusunun şəhid verməsi xəbəri yayıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda Azərbaycan ordusunun şəhid verməsi xəbəri yayıldı

Erməni hərbiçiləri Naxçıvan Muxtar Respublikasının (MR) 4 rayonu ərazisindən atəşkəs rejimini pozublar.

Xəbəri Publika.az "Azadlıq" radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibovaya istinadən yayıb.

İndiyədək Naxçıvan MR-da atəşkəs rejiminin sabit olduğunu xatırladan M.Nəsibova deyib ki, iyunun 10-dan başlayaraq erməni hərbiçiləri Muxtar Respublikanın Culfa, Ordubad, Sədərək və Şahbuz əraziləri istiqamətindən əhaliyə avtomat və pulemyotlarlarla atəş açmağa başlayıblar:

"Yerli sakinlərdən aldığım məlumata görə, ötən gün Culfanın Ləkədağ ərazisində bir neçə saat atışma olub. Erməni hərbiçiləri bizim tərəfə atəş açıblar. Hətta, 1 nəfər azərbaycanlı, 1 nəfər isə erməni hərbiçinin öldüyü deyilir.

Ötən gün Azərbaycan ordusunun 3 hərbi helikopteri havaya qaldırılıb və səmada dövrə vurub. Hərbi helikopterləri şəhərin özündən də görmək olurdu. Yalnız bundan sonra erməni hərbçilər atəşi dayandırıblar.

Mən bu gün ərzində həmin əraziyə baş çəkəcəm, yerli sakinlərlə də maraqlanacam".

Xatırladaq ki, iyunun 5-də Ermənistan ordusunu Naxçıvan istiqamətində iki əsgərini itirib. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olub.

Tarix
2014.06.12 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla