Yuxarı

“Rusiya azərbaycanlılara Şuşada muxtariyyət verə bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan gərək qətiliklə Lavrova "yox" desin və Avropa İttifaqına üz tutsun".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə erməni mediasının Rusiyanın Əliyevə Qarabağı geri qaytarmaq təklifi ilə bağlı informasiyanı şərh edərkən deyib.

O, Azərbaycan hakimiyyətinin Rusiya əleyhinə dirəniş göstərəcəyini bildirib:

"Sonuncu dəfə bizim torpaqlar Kamran Bağırovun zamanında Qazax tərəfdən Ermənistana verilib. Bu, Rusiyanın siyasətidir. Rusiya bizi adam saymır. Bunu bilmək lazımdır. Jirinovski dəfələrlə bizim haqqımızda təhqiramiz ifadələrə yol verib. Bunların hamısı Kremlin bizə münasibətidir. Ona görə onların bizimlə hesablaşıb torpaqlarımızı geri qaytarmaq fikirləri yoxdur. Mən Qarabağ konfliktinin bütün detallarını bilirəm. Ən yaxşı halda bizə nə Kəlbəcər, nə Laçın, nə də Şuşa qaytarılacaq. Ən çoxu Rusiya buna hazır ola bilər ki, ermənilər azərbaycanlılara Şuşada muxtariyyət versinlər. Yəni Şuşa, Laçın Kəlbəcər Ermənistan bir hissəsi olsun. Şuşaya qayıtmaq istəyən azərbaycanlılara biz burada muxtariyyət verək. Bu cür alçaldıcı şərtlərlə heç bir zaman heç bir Azərbaycan iqtidarı razı olmaz. Ona görə Rusiyanın bizə şərəfli həll planını gözləmək məntiqsizlik olardı. Mən buna tam əminəm. Ümidvaram ki, Azərbaycan hakimiyyəti dirəniş göstərəcək, Qarabağın ədalətli həllini tələb edəcək və Rusiyanın əlində qondarma quruma çevrilən Ermənistanla bir ittifaqa daxil olmayacaq. Azərbaycanı Rusiya KTMT-yə daxil edə bilmədi. Çünki biz yazmışdıq ki, Qarabağ həll olunana qədər biz Ermənistanla əsgəri ittifaqda ola bilmərik. İndi də Qarabağ problemi həll olmadan biz Ermənistanla siyasi, iqtisadi ittifaqda ola bilmərik. Azərbaycan gərək kəsinliklə Lavrova "yox" desin və Avropa İttifaqına üz tutsun. Başqa yolumuz yoxdur".

Qeyd edək ki, Sergey Lavrovun iyunun 17-18-də Bakıya, 22-23-də isə İrəvana səfər edəcəyini gözlənilir.

Tarix
2014.06.12 / 15:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla