Ana səhifə Gündəm |
"Azərbaycan əsgərinin ölümü ilə bağlı xəbər təxribat xarakteri daşıyır".
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirib. Nazirlik Azərbaycan əsgərinin Naxçıvan istiqamətində şəhid olması ilə bağlı xəbəri qəti şəkildə təkzib etdiyini vurğulayıb:
"Biz qəti olaraq bildiririk ki, Azərbaycan əsgərinin şəhid olması ilə bağlı xəbər yalandır. Bu məlumat təxribat xarakteri daşıyır. Hazırda adı çəkilən bölgədə vəziyyət stabildir və hər şey Ordumuzun tam nəzarəti altındadır".
Qeyd edək ki, bir az öncə "Publika.az" saytı "Azadlıq" radiosunun Naxçıvan üzrə müxbiri Məlahət Nəsibovaya istinadla dünən Ləkətağ istiqamətində ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın bir əsgərinin şəhid olduğu xəbərini yayıb. M.Nəsibova həmçinin qarşı tərəfdən də bir nəfərin öldüyünü qeyd edib. O, Azərbaycan ordusunun 3 hərbi helikopterinin havaya qalxmasından sonra ermənilərin atəşi kəsdiyini söyləyib.
Tarix
2014.06.12 / 13:25
|
Müəllif
İlkin Həsənov
|