Axar.az
Yuxarı

Ermənistandakı hədəfləri məhv edəcək silahımızın sirri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları vardır. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş "Smerç" raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir".

Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın ötən gün Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikrilərə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlının dediyi bu sözlərə uyğun, "Smerç" raket sistemləri ilə maraqlandıq.

"Smerç" nəyə qadirdir?

Ermənistan "Smerç"dən istifadə etmir, Azərbaycanın isə 30 "Smerç" sistemi var: 12 ədəd 9A52M və 18 ədəd 9K58.

9K58 "Smerç" (BM-30) – "Katyuşa" nəslindən olan reaktiv yaylım atəşi sistemidir. 1970-ci illərin sonunda Tula silah zavodunda yaradılıb. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən, ona M1983 adı verilib.

"Smerç" sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Tərkibində dörd "Smerç" sistemi olan batereya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir.

Yeni model 9A52M "Smerç-M" sistemi isə beşoxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Bu sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilib. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə edir və onun bu məsafədə vurma xətası 170 m həddindədir.

Altı ədəd "Smerç"dən ibarət briqada bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.

Bir ədədinin qiyməti 12 milyon dollardır.

Xatırladaq ki, 70-90 kilometrlik məsafədə hədəfi vurmaq qabiliyyətinə malik "Smerç"lərin Naxçıvanda saxlanılması təsadüf deyil. Naxçıvanla İrəvanın arası 80 kilometrdir.

Tarix
2014.06.13 / 10:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rusiya niyə sərhədimizdə hərbi baza tikir? - Video

Arutyunyan: Proses başlayıb, Bakıya yalvaracağıq

Putin ordunun qarşısına yeni hədəflər qoyacaq

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdu

Erməniyə uduzub, kütləyə “oynamaq” olmaz - Video

Ordumuz erməniləri atəşə tutub? – Rəsmi

Sammit Xəzəryanı dövlətlərin birgə işinə yeni impuls verdi

Kəlbəcərdəki tapıntı: İki erməni Su-25-i... - Foto

Xəzər Aral dənizinin aqibəti ilə üzləşə bilər

Əgər Nikol Zəngəzur dəhlizinə imkan verməsə... - Markov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla