Yuxarı

TürkPA-nın Bakı Bəyannaməsi qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bəyannamə qəbul ediblər.

Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli DÖvlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilmiş Bəyannaməyə dəstək bildirilir.

Bundan başqa, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir. Bəyannamədə TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir.

TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.

Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb.

APA

Tarix
2014.06.13 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla