Yuxarı

Qərblə Rusiya Azərbaycan uğrunda savaşa başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan üçün gündəmdə duran ən böyük məsələ Qarabağ probleminin həll edilməsidir".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiyanın Azərbaycanda aktivləşməsi ilə əlaqədar mediada yayılmış iddiaları şərh edərkən deyib.

O, hazırda Azərbaycan uğrunda müharibənin getdiyini bildirib:

"Azərbaycan üzərində geosiyasi maraqları reallaşdırmağa çalışan Qərblə Rusiya arasında müharibə gedir. Bu savaşda təbii olaraq ölkənin milli maraqlarını güdən müəyyən qrup insanlar müəyyən şərtlər daxilində Rusiyanın, digərləri isə Qərbin mövqeyini müdafiə edirlər. Əslində, burada hansısa mövqeni kor-koranə müdafiə etmək lazım deyil. Burada bütün mövqeləri nəzərə alıb, ölkənin strateji maraqlarına uyğun olaraq, addım atmaq lazımdır. Bu gün Azərbaycan üçün gündəmdə duran ən böyük məsələ Qarabağ probleminin həll edilməsidir. Rusiyanın aktivliyi Azərbaycanda güclənib və bizə müəyyən vədlər verir. Amma bu o demək deyil ki, Azərbaycan ruspərəst siyasət yürütməyə başlayıb. Əgər o siyasi xətt Azərbaycanda separatizmin kökünü kəsməyə qadirdirsə, erməni təcavüzünü sonlandırmağı bacaracaqsa, Bakı onu müdafiə etməlidir. Azərbaycan bunu məqbul hesab edəcək. Biz öz milli maraqlarımızı qorumağa çalışmalıyıq. Bu, hansısa tərəfə sığınmaq deyil. Bu davada kimlərinsə dəyirmanına su tökülə bilər. Rusiyada təhsil almış və onun hərbi oriyentasiyasını müdafiə edən generallar, köhnə partnomenklaturanın üzvləri və digərləri aktivləşə bilər. Biz burada ölkənin baş-başa qaldığı problemlərdən azad edə biləcək siyasi cizgini müdafiə etməliyik. Ona görə də kimsə Azərbaycan hakimiyyətini aldatmağa cəhd etməsin".

Tarix
2014.06.13 / 14:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla