Yuxarı

İlham Əliyev qanunu təsdiqlədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev "2013-cü il dövlət büdcəsinin icrası haqqında" qanunu təsdiqləyib.

2013-cü ilin yekunlarına görə, dövlət büdcəsinə faktiki daxilolmalar 19 496,33 milyon manat, xərclər 19 143,49 milyon manat, kəsir 352,84 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ƏDV-dən 2 710 milyon manat gəlir daxil olub. Gəlir vergisi 2 374,8 milyon manat, mənfəət vergisi 859,68 milyon manat, aksiz vergisi 593,31 milyon manat, əmlak vergisi 125,15 milyon manat, yeraltı sərvətlər vergisi 121,48 milyon manat, sadələşdirilmiş vergi 119,54 milyon manat, yol vergisi 41,97 milyon manat, torpaq vergisi 33,11 milyon manat olub. ARDNF-dən daxilolmalar 11 350 milyon manat təşkil edib.

Əhalinin sosial müdafiəsi və təminatına dövlət büdcəsindən 1 750,35 milyon manat xərclənib. Təhsilə 1 437,72 milyon manat, səhiyyəyə 618,94 milyon manat, prokurorluq, təhlükəsizlik, hüquq-mühafizə orqanlarının saxlanılmasına 1 049,31 milyon manat xərclənib. Qoyulan kapitalın ümumi həcminin 398,32 milyon manatı kommunal xərclərə, 487,89 milyon manatı kənd, meşə təsərrüfatı və balıqçılığa, 110,53 milyon manat nəqliyyat və rabitəyə, sənaye, tikinti və faydalı qazıntılara isə 6 932,67 milyon manat yönəldilib.

2013-cü ilin dövlət büdcəsinin yerinə yetirilməsi nəticəsində ilin sonunda vahid xəzinə hesabında yaranan qalıq (960,41 milyon manat) 2014-cü ilin büdcə kəsirinin maliyyələşdirilməsinə və dövlət borclarına qulluq üzrə xidmətlərin ödənişi səbəbindən yaranan xərclərə yönəldiləcək.

Trend

Tarix
2014.06.14 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla