Gəncədə baş verən dəhşətli qətlin təfərrüatları məlum
olub. Gəncədə 38 yaşlı qadın iki övladının gözü qarşısında qətlə
yetirilib. Hadisəni törədən şəxs isə yaralıya kömək etməmələri üçün
uşaqları da hədələyib. Özü isə hadisə yerindən qaçıb.
Puşkin küçəsi 55 ünvanında 38 yaşlı Mayisə Ələkbərova evdə
övladlarının gözü qarşısında bıçaqlanıb. Onu xəstəxanaya
çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyib.
Bıçaqlanmanın şahidi olmuş mərhumun övladları deyir ki, hadisəni
törədən şəxs əvvəlcə analarına bıçaq xəsarəti yetirib. Sonra sinə
nahiyəsinə yod töküb. Uşaqlara isə kömək çağıracağı və polisə
məlumat verəcəyi halda ölüdəcəyini bildirib. Özü isə hadisə yerini
tərk edib. Qorxu içərisində qalan uçaqlar bir saatdan çox heç kimə
xəbər verməyiblər.
Hadisədən Mayisənin qonşuluqda yaşayan valideynləri xəbər tutub.
Gəncə şəhər Prokurorluğunun hadisə ilə bağlı yaydığı ilk məlumatda
bildirib ki, Mayisə Ələkbərova qeyri-rəsmi nikah münasibətlərində
olduğu 31 yaşlı Hilal Bayramovla mübahisə etdikdən sonra özünü
bıçaqlayıb.
İstinaqın gedişi başqa məqamlara işıq salıb. Prokurorluğun
ikinci açıqlamasında isə qeyd olunur ki, Mayisə Ələkbərova özü
tərəfindən deyil, Hilal Bayramov tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Hilal Bayramov
saxlanılıb.
Fakt üzrə cinayət işi başlanıb./Ans/