Yuxarı

Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsində - Foto

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, onlar hərbi hissələrdə döyüşçülərlə görüşür, cəbhə xatirələrindən danışır və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün öz səylərini əsirgəmirlər.

Bu günlər ərzində onlar Goranboy, Ağdam bölgələrində ön səngərlərdə Vətən torpaqlarının keşiyini çəkən əsgərlərlə görüşmüş, onlara xatirə hədiyyələri təqdim ediblər.

Əfqanıstan və Qarabağ müharibəsi iştirakçılarından, Binəqədi və Ağdam rayon Əfqanıstan Müharibəsi Veteranları təşkilatlarının sədrləri Məhəddin Rüstəmov, Rəfael Zeynalov, Ayxan Məmmədov, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev çıxış edib və Azərbaycan Ordusunun bugünkü qüdrətindən, gücündən qürur duyduqlarını bildirmiş və hər an Silahlı Qüvvələrin şəxsi heyətilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bəyan ediblər.

İctimai Birliyi sədri Məhəmməd Vəliyev xidmətdə fərqlənən bir qrup zabitə xatirə medalları təqdim edib.
Elə həmin gün cəbhə bölgəsindəki hərbi hissələrdən birində, ön xətdə Müdafiə Nazirliyinin nəşr etdirdiyi "10 il Heydər Əliyevin adı ilə" kitab albomunun və Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin "Vətən sənin əsgərinəm" kitabının təqdimat mərasimi keçirilib.

Tarix
2014.06.14 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla