"Türkiyə Avrasiya İqtisadi İttifaqına qəbul olunsa, bu Rusiya
üçün son olacaq".
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış
edib. Mətbuat Türkiyənin bu addımına Qərbin müdaxilə etməyəcəyini
bildirib:
"Türkiyənin Avrasiya İttifaqına qəbulu ilə Rusiya təklənəcək.
Qazaxıstan və digər türk dövlətləri onsuz da illərdir əziyyət
çəkdikləri rus təzyiqini bununla yox etmiş olacaqlar. Məhz
Rusiyanın sayəsində Ermənistan Avropa İttifaqına gedən bütün
yollarını bağladı. İndi isə Qazaxıstan, Azərbaycan və Türkiyə
üçlüyü onun Avrasiya İttifaqına yolunu bağlayıb. Ermənistan hazırda
çıxılmaz vəziyyətdədir. Ruslara Türkiyənin təsir etmək imkanı
getdikcə güclənir. Üstəlik, Qərb də bu addıma mane olmayacaq.
Avropada çox yaxşı anlayırlar ki, Türkiyənin Rusiyaya təsiri
güclüdür və bu şimal imperiyasının nəzarətindəki əraziləri onun
təzyiqindən yalnız Ankara azad edə bilər".