Yuxarı

Ermənilər Naxçıvanda 100 kv.km torpaq işğal edib - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb.

Erməni hərbi qaynaqları Naxçıvanla sərhəddəki neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə məlumat yayıblar. Xəbəri "Razm.info"ya istinadla "Virtualaz.org" saytı verib.

"Regnum" agentliyi də bu haqda yazıb və Ermənistan ordusunun Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperatur fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri səssiz-səmirsiz tutduğunu bildirib.

İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb.

Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb.

Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür.

Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb.

Hərbi mənbələrdən Axar.az-a verilən məlumata görə, xəbərin yayıldığı "Razm.info" ermənilərin Azərbaycana qarşı istifadə etdiyi təbliğat bloqu səviyyəsində olan bir vasitədir və yayılan şəkillər reallığı əks etdirmir. Bu, Azərbaycana qarşı düşünülmüş psixoloji təsir vasitəsidir.

Qeyd edək ki, bu xəbəri "Reqnum" agentliyi də "Razm.info"ya istinadla yayıb.

Xəbərin qeyri-səhihliyi və hətta gülməli təsir bağışlaması həm də işğal olunan ərazinin 100 kv km olması iddialarıdır. Müqayisə üçün bildirək ki, bu sahə Gəncə şəhərinin (ətrafı ilə birlikdə) ərazisinə bərabərdir.

Xatırladaq ki, Naxşıvandakı mənbələrimiz də faktı təkzibləyərək, belə bir halın baş vermədiyini bildirdilər: "Naxçıvan toxunulmaz ərazidir və orada bir qarış torpağın da işğalından söhbət gedə bilməz".

Məsələ ilə bağlı bu gün səhər saatlarından Müdafiə Nazirliyinə göndərdiyimiz sorğuya hələ cavab gəlməyib. Cavab alan kimi rəsmi xəbəri oxucularımıza çatdıracağıq.

***

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini "Musavat.com"a bildirib ki, bu xəbərlər cəfəngiyyatdır: "Bu, erməni saytlarının yaydığı cəfəngiyyatdır. Hazırda bu xəbərlərlə bağlı rəsmi açıqlama hazırlayırıq. Həmin açıqlamanı sizin saytınız da yaymaq istəyirsə, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisinin adına sorğu göndərməyiniz lazımdır".

Tarix
2014.06.19 / 15:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla