"Dünən Yasamalda avtomobil yolunun qadağan olunmuş
hissəsindən keçmək istəyən şəxsin YPX əməkdaşının xəbərdarlığına
yumruq zərbəsi ilə cavab verməsinə görə araşdırma
başlanılıb".
Axar.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib.
Rəis müavini deyib ki, tədqiqatın nəticəsindən asılı olaraq
mətbuata bu haqda geniş məlumat veriləcək.
Xatırladaq ki, dünən saat 18:40-da Yasamal rayonu, Hüseyn Cavid
prospektində (Azərbaycan Texniki Universitetinin qarşısındakı
magistral yol) YPX əməkdaşları ilə qaydanı pozan piyadalar arasında
əlbəyaxa dava olması barədə "Aznevs.az" saytı məlumat yayıb.
Avtomobil yolunun qadağan olunmuş hissəsindən keçmək istəyən piyada
YPX əməkdaşının xəbərdarlığına yumruq zərbəsi ilə cavab verib. Uzun
mübahisədən sonra YPX əməkdaşını yumruqlayan şəxs polis bölməsinə
aparılıb.