"Dünən Sergey Lavrov "Qarabağ münaqişəsinin həlli
tərəflərin iradəsindən asılıdır" deməklə, ölkəsinin Azərbaycandakı
5-ci kolonunda könül qırıqlığı yaratdı".
Axar.az xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu öz
Feysbuk səhifəsində yazıb. O, Azərbaycanda beşinci kolon
nümayəndələrinin Rusiyanın vasitəsilə yüksək postlara gəlmək
istədiklərini bildirib:
"Onlar düşmüşdülər ortalığa, biri Rusiyaya hərbi baza təklif
edirdi, o birisi - Gömrük İttifaqına daxil olacaqlarını, üçüncüsü -
ayrı nələri. Əlbəttə ki, bunların hamısı Qarabağ ətrafında növbəti
alverçilik idi, əslində belə mesaj verənlərin məqsədi Rusiyadan
himayə ummaq, onun təsiri ilə Azərbaycanda daha yüksək postlar
almaq idi. Məsələn, Baş nazir postu. Amma, necə deyərlər, keçmiş
olsun! Hərçənd ki, bəlkə də belə yaxşıdır, çünki hələ özlərini
verib Sem dayının ayaqları altına, ondan nəsə uma bilərlər. Özünü
satana nə fərqi var ki! Elə alana da. Fuşe demiş, satqınlara,
çuğullara tələbat həmişə var və hər zaman da olacaq..."