Yuxarı

İlham Əliyev bir sıra görüşlər keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev bir sıra görüşlər keçirdi

Fransada işgüzar səfərdə olan prezident İlham Əliyev Avropa Şurasında rəsmi görüşlər keçirib.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Fransa Respublikasında işgüzar səfərdə olan İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri xanım Ann Brasör ilə görüşüb.

Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlətimizin başçısı Avropa Şurasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşüb.

Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 24-də Strasburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə də görüşü olub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Görüşdə Azərbaycanın hüquq mühafizə orqanları ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.06.24 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla