Yuxarı

“İlham Əliyevin çıxışı yüksək qiymətləndirildi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlham Əliyevin çıxışı yüksək qiymətləndirildi”

"Prezident İlham Əliyevin AŞ PA-dakı çıxışı çoxsaylı ölkələrdən olan parlamentarilər tərəfindən yüksək qiymətləndirildi və yüksək qarşılandı".

Axar.az xəbər verir ki, bunu hazırda Strasburqda olan Milli Məclisin deputatı Çıngiz Qənizadə deyib.

Ç.Qənizadənin sözlərinə görə, Prezident İlham Əliyev yarım saat ərzində yüksək səviyyədə çıxış edib və yarım saat ərzində isə avropalı parlamentarilərin suallarını cavablandırdı: "Prezidentin çıxışı hərtərəfli və verdiyi mesajlar da aydın idi. Məhz bu səbəbdən də çıxış geniş auditoriya tərəfindən yüksək səviyyədə qarşılandı. Yarım saat ərzində isə prezidentimizə suallar ünvanlandı. Cənab İlham Əliyev bu suallara da hərtərəfli və dolğun şəkildə cavab verdi. Sual verən parlamentarilərin əksəriyyəti də ölkəmizin inkişafını xüsusi qeyd etdilər. Bəzi ölkələrdən olan və qərəzi ilə tanınan parlamentarilər də qərəzli suallar verdilər. Ölkə başçısı onların da suallarına yüksək səviyyədə cavab verərək, həmin parlamentarilərin ölkəmiz barədə yanlış fikirdə olduqlarını sübut etdi. Hətta bəzi hallarda cənab prezident onları ölkəmiz haqqında yanlış informasiyalar yaymaqda ittiham etdi. Prezident İlham Əliyev bəzi parlamentarilərin qərəzli mənbələrdən informasiyalar aldıqlarını da qeyd etdi".

Deputat prezident İlham Əliyevin çıxışının ölkəmiz üçün çox vacib olduğunu və bunun müsbət təsirlərinin olacağını bildirib: "Prezidentin çıxışı Azərbaycanın imicinin yaxşı mənada daha da möhkəmlənməsinə səbəb olacaq. Cənab prezident eyni zamanda, çıxışı zamanı Ermənistanın işğalçı olduğunu xüsusilə vurğuladı. Ümumiyyətlə, dünən Xarici İşlər naziri Elmar Məmmədyarovun da, bu gün cənab prezidentin də çıxışı Avropa Şurasında yüksək səviyyədə qəbul olundu. Prezidentin çıxışı onun demokratik təsisatlara, insan hüquqlarına necə önəm verdiyini Avropada bir daha sübut etdi".

Tarix
2014.06.24 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla