Yuxarı

BTQ-nin açılış mərasimi dünya mediasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimi dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Axar.az xəbər verir ki, açılış mərasimi Türkiyənin nüfuzlu telekanallarının və əsas KİV-lərinin baş xəbərləri sırasında yer alıb. Qardaş ölkənin telekanalları və informasiya agentlikləri Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimindən geniş reportajlar təqdim ediblər.

Reportajlarda bu dəmiryolunun Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilir. Dövlət başçılarının çıxışlarına istinad edən Türkiyə KİV-ləri Bakı-Tiflis-Qars dəmir yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməsinə diqqəti çəkiblər. Vurğulanıb ki, bu qlobal layihə sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayələri artıracaq, turizmi inkişaf etdirəcək.

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin açılış mərasimindəki çıxışlarından sitat gətirən TQRT və TRT HABER telekanalları, Anadolu agentliyi Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini Azərbaycan, Türkiyə və Gürcüstan dostluğunun, qardaşlığının nəticəsi kimi təqdim ediblər.

Ümumiyyətlə gün ərzində Türkiyə telekanallarında, xəbər portallarında yayımlanan reportajlarda layihənin tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti tarixi “İpək Yolu” layihəsinin polad magistrallar üzərində bərpasıdır.

“Reuters” agentliyi də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılış mərasiminə geniş yer ayırıb.

Tarix
2017.10.30 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla