Yuxarı

İsveçdəki səfirimiz Qarabağ məsələsini qaldırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçdəki səfirimiz Qarabağ məsələsini qaldırdı

Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Adış Məmmədovun İsveç Parlamentinin sədri Per Vesterberq ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunub, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Səfir Avropanın enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolundan danışaraq Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunub.

Sonra səfir A. Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Parlament Sədrinə geniş məlumat verib, Azərbaycan dövlətinin və hökumətinin konflikt ilə bağlı mövqeyini bildirərək münaqişənin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulayıb.

Öz tərəfindən Per Vesterberq Azərbaycanın – Avropa əlaqələrinin daha da inkişaf etdirilməsini tövsiyə etmiş, hər iki ölkənin Parlamentinin bu istiqamətdəki fəaliyyətinin zəruri olduğunu vurğulayıb.

Tarix
2013.11.23 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla