Yuxarı

Brüssel sammiti: İrəvanın Qarabağa dair növbəti məkri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq tərəfdaşlığı” sammiti, Ermənistanın AB ilə çərçivə sazişi imzalamaq arzusu, Kataloniya presedenti fonunda Bakının Brüsseldən müsbət gözləntiləri ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Sammitdə Azərbaycan və Ermənistan dövlət başçılarının da iştirakı gözlənilir. İrəvan xeyli müddətdir ki, AB ilə çərçivə sazişi imzalamağa çalışsa da, nədənsə bu məsələ gecikir. Ləngiməyə səbəb kimi sənədə xalqların öz müqəddaratını təyinetmə prinsipinin salınması cəhdləri göstərilir. Necə düşünürsüz, Kataloniya hadisələri Brüssel sammitinin yekun bəyannaməsində ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə zidd olan bu mifi dağıtmağa yetərmi?

- Beynəlxalq hüquq normalarında və beynəlxalq sənədlərdə birinci ərazi bütövlüyü məsələsi xüsusi olaraq vurğulanır. Yəni ərazi bütövlüyü ən vacib şərtlərin önündə gəlir. Ermənistan bu məsələyə qarşı hər zaman öz müqəddaratını təyinetmə adı altında hərəkət edib. Onlar istər Avropa Şurası, istərsə də digər beynəlxalq təşkilat və qurumlarda dəfələrlə buna cəhd ediblər. Ancaq bu, mümkün olacaq iş deyil. Ermənilər xalq olaraq artıq öz müqəddaratlarını təyin ediblər və başqalarının əraziləri hesabına Ermənistan adlı dövləti yaradıblar. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasından başqa ikinci alternativ qeyri-mümkündür. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və işğal altında olan ərazilərimizin azad edilməsi ilə bağlı qətnamələr qəbul edilib. Avropa təşkilatları da bu məsələdə beynəlxalq sənədlərə istinad edirlər. Yəni BMT Təhlükəsizlik Şurasının və AŞPA-nın qətnamələrində Azərbaycanın ərazi bütövlüyü nəinki birmənalı şəkildə vurğulanır, eyni zamanda, işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunması ilə bağlı məsələlər də həllini tapır. Kataloniyada baş verənlər isə bunu bütün təfsilatı ilə bir daha dünya gündəminə gətirdi. Ona görə də ermənilər indi müxtəlif oyunlar və havadarları hesabına öz müqəddaratını təyinetmə məsələsinə əl atıblar. Ancaq bu addımlar heç bir nəticə verməyəcək.

- Ermənilər bir müddət öncə Kürd Muxtariyyətinə açıq dəstək nümayiş etdirsələr də, Kataloniya presendeti artıq Ermənistan əleyhinə işləməyə başlayıb. Bu, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində Bakının əlini gücləndirə bilərmi?

- Birincisi, rəsmi Bakı İrəvanın sözügedən cəhdlərinin reallaşmasına imkan verməyəcək. Ölkə başçısı da Azərbaycanın bununla bağlı mövqeyini birmənalı şəkildə ortaya qoyub. İkincisi, Azərbaycanın bu istiqamətdə mövqeyini daha da gücləndirən şərtlər çoxdur: bunlar beynəlxalq hüquq normaları, BMT başda olmaqla, beynəlxalq təşkilatların qətnamə və sənədləridir.

Üçüncüsü, artıq Kataloniyada yaşanan son proseslərin fonunda Avropada ölkələrin ərazi bütövlüyü məsələsinin vacibliyinin fərqinə varanların, ən əsası isə bu prinsipi dəstəkləyənlərin sayı artacaq. Əks halda Avropanın müxtəlif yerlərində separatizm meyilləri daha da arta və bu vəziyyət kəskin hal ala bilər. AŞPA-da Kataloniya ilə bağlı müzakirələrdə dəfələrlə ərazi bütövlüyü məsələsində mövqelərin sərtləşdirilməsinin və buna qarşı çıxanlara birlikdə mübarizənin vacibliyini birmənalı olaraq vurğulamışıq. Çünki ikili standartlar bütün Avropa üçün çözülməz problemlər yarada bilər. Bu məsələdə yetəri qədər dəstək görə bilməməyimizin əsas səbəbi beynəlxalq birliyin Ermənistana təzyiq göstərməməsidir. Ona görə də harada baş qaldırmasından asılı olmayaraq, işğal və separatizmlə bağlı məsələlərdə ikili standartlara son qoyulmalıdır. Hansı beynəlxalq platforma olursa-olsun, Ermənistan öz müqəddartını təyinetmə spekulyasiyaları adı altında maraqlarına dəstək toplamaq məqsədi güdür. Ancaq İrəvanın bu planı növbəti dəfə də fiaskoya uğrayacaq. Çünki Azərbaycan Ermənistanın bu yalan arqumentlərinin ifşa olunması istiqamətində çox ciddi iş aparır.

- Çox güman ki, erməni lobbisinin fəaliyyəti sayəsində Brüssel sammitində İrəvana dəstək çıxanlar da tapılacaq...

- Düşünürəm ki, Avropada artıq separatizm meyillərinin doğurduğu acı nəticələrlə bağlı narahatlıq artmaqdadır. Bu məqam şübhəsiz ki, Qərbin ölkələrin ərazi bütövlüyü məsələsinin müdafisəsinə diqqəti artıracaq. Zənnimcə, ermənilər bu məsələdə hər hansı ciddi bir dəstək ala bilməyəcəklər. Azərbaycan hər platformada bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. O üzdən analoji yanaşmanın Azərbaycana da göstərilməsini tələb edirik. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair ikinci bir yanaşma qəbuledilməzdir. Ermənistan AŞPA-nın ilk iclasından Qarabağ məsələsini öz müqəddaratını təyinetmə adı altında müxtəlif proseslərlə eyniləşdirərək dəstək almağa cəhd etsə də, İrəvanın bütün cəhdləri boşa çıxıb. Hesab edirəm ki, növbəti dəfə də eyni yanaşma olacaq və təmsilçilərimiz bütün lazımı addımları atacaqlar. Ermənilər istəklərinə nail ola bilməyəcəklər. İrəvanın Qarabağa dair növbəti məkrli planı iflasa uğrayacaq.

Tarix
2017.11.02 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla