Yuxarı

Qocanın həbsxanadakı son görüntüləri - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet "Qoca" ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, video-görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.

E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir.

Daha sonra "Qoca" adını çəkmədiyi insanın məhkəməyə gətirməsini tələb edir: "Çalış onu gətir. Denən ki, "Qoca" səni məhkəmədə görmək istəyir".

Etibar Məmmədovun yanına gələn şəxs "Sulutəpə uşaqları"nın ona salam göndərdiyini deyir.

Qeyd edək ki, Bakının Qaradağ rayonunda "Qoca" ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

"Qoca" ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur.

Tarix
2017.11.02 / 14:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla