Yuxarı

Ermənistan narahatlığında haqlıdır - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmiryol xətti Ermənistanın izolyasiyasını daha da dərinləşdirir.

Bu sözləri Axar.az-a beynəlxalq ekspert Tamerlan Vahabov BTQ-nin açılışından sonra növbəti dəfə böyük transmilli layihədən kənarda qalması səbəbindən İrəvanda yaranan ciddi narahatlığın səbəblərini şərh edərkən deyib. O bildirib ki, Ermənistanın bu narahatlığında haqlı məqamlar var:

“Çünki Bakı-Tiflis-Qars multimodal, çox modullu orta İpək yolu koridorunun zənginləşdirilməsinə əlavə edilən bir dəyərdir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars koridorları Qafqazı, Çin və Avropanı bir-birinə bağlayan həlqəyə çevrilir. Bu həlqədə Ermənistanın yeri yoxdur. Nəzərə almalıyıq ki, Ermənistanın hazırki iqtisadiyyatı çox acınacaqlı vəziyyətdədir. Bakı-Tiflis-Qars dəmir yol xətti isə Azərbaycan, Gürcüstan, Türkiyə, eyni zamanda, Qazaxıstan, Çin, Avropa bazarlarını bir-birinə birləşdirən dəmiryol xəttidir. Bu dəmiryol xəttinin əhatə etdiyi ərazidə dünyanın 75 faiz əhalisi cəmləşib. Dəmir yolundan əldə olunacaq nailiyyətləri də erməni ekspertləri yaxşı anlayır. İlkin illərdə bu nəqliyyat vasitəsi ilə 1 milyona yaxın sərnişin, 5 milyona yaxın isə karqo daşınması həyata keçiriləcək. Bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu layihənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə iqtisadiyyatına böyük dividentlər gətirəcəyi birmənalıdır. Eyni zamanda, bu layihə Gürcüstanı potensial separatizmlə üzləşə biləcək regionlarına nəzarət etmək imkanı da yaradacaq. Azərbaycanın və Gürcüstanın mövqelərinin güclənməsi, Azərbaycan iqtisadiyyatının daha da inkişafı, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası, İpək yolu koridorunun zənginləşməsi və Ermənistanın bütün bunlardan kənarda qalması ilə bağlı narahatlığın onların mediasında əks olunması normaldır. Ermənistan öz narahatlığını bu cür addımlarla provaka etməyə çalışır”.

Qeyd edək ki, BTQ-nin açılışı növbəti dəfə böyük transmilli layihədən kənarda qalması səbəbindən İrəvanda ciddi narahatlıq müşahidə olunur.

Tarix
2017.11.04 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla