Yuxarı

Millət vəkili Kanadanın ictimai xadimləri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Kanadanın xanım ictimai xadimləri, tanınmış təşkilat və QHT rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlərdən, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumat verib.

Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını Kanada heyətinin diqqətinə çatdırıb. Deputat görüş zamanı nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının pozulması və rəsmi İrəvanın yüz minlərlə qaçqın və məcburi köçkünün öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı danışıb.

Millət vəkili dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaq, bütün qadınları Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə seyrçi qalmamağa və buna qarşı öz etiraz səsini ucaltmağa çağırıb.

Görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın vacibliyi vurğulanıb.

Sonda millət vəkili nümayəndə heyətinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.

Tarix
2017.11.06 / 21:44
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla