Yuxarı

Ərdoğan-Putin görüşündə sensasiya…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya prezidentlərinin görüşü önəmli bir zaman kəsiyinə təsadüf edir.

Bu sözləri Axar.az-a Ərdoğan-Putin görüşü və bu fonda Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə bağlı bəzi suallara aydınlıq gətirən analitik Elçin Mirzəbəyli deyib. Analitik qeyd edib ki, bu görüşün Türkiyə prezidentinin Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirakından, eyni zamanda, Azərbaycan-Rusiya-İran dövlət başçılarının Tehranda keçirilən zirvə toplantısından sonra baş tutması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından daha çox maraq doğurur:

“Belə hadisələr və görüşlər öncəsi müxtəlif ehtimalların irəli sürülməsi isə təbii qəbul olunmalıdır. Lakin bəzi həmkarlarımdan fərqli olaraq sensasion iddialarla çıxış etməyəcəyəm. Bunun üçün heç bir əsas yoxdur. Rusiyanın şərtləri barədə KİV-də yayılan məlumatlara gəldikdə, bunların yeni olmadığını düşünürəm. Artıq 3 ilə yaxındır ki, Azərbaycanda Rusiyanın ehtimal olunan şərtləri ətrafında müzakirələr aparılır. Bu məlumatların bir hissəsi ictimai rəyin öyrənilməsinə və yönləndirilməsinə, digər hissəsi isə hadisələrin perspektiv inkişafının şərh olunmasına xidmət edir. Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyündən kənarda hər hansı bir formada həll olunmasına razılıq verməyəcək. Bu, müzakirəsinə ehtiyac duyulmayan bir mövqedir. Regionda baş verən proseslərin təhlili və mövcud reallıqlar Ərdoğan-Putin görüşündə münaqişənin həllinə xidmət edən hər hansı bir razılaşmanın olmayacağını deməyə əsas verir”.

Analitik hesab edir ki, sözügedən görüş daha çox Türkiyə-Rusiya münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ankaranın iştirakının qəbul olunması baxımından önəmlidir:

“Görüş regional əməkdaşlıq formatlarının genişlənməsi üçün də müəyyən imkanlar yarada bilər. Məsələn, Azərbaycan-İran-Rusiya formatı Azərbaycan-Türkiyə-Rusiya-İran formatına çevrilə bilər. Yaxud bu prosesin başlanğıcı kimi Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ideyasının gerçəkləşməsi də mümkündür. Bütün hallarda görüşün daha çox regional əməkdaşlığın, xüsusilə də Rusiya-Türkiyə münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm. Hesab edirəm ki, Türkiyə və Rusiyanın dövlət maraqları baxımından uzlaşdırılması lazım gələn və prioritet sayılacaq mövzuların sayı yetərincədir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həllinin ön sıralarda yer ala biləcəyi az inandırıcı görünür”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün bu ölkəyə noyabrın 13-də səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir.

Tarix
2017.11.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla