Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Ərəbistan olayları qlobal böhrana səbəb ola bilər? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinin, o cümlədən “Saudi Aramco” şirkətinin rəhbərlərindən biri, keçmiş maliyyə naziri İbrahim əs-Safın həbsi neft qiymətlərinin artmasına səbəb olub. Bir sıra ekspertlər hətta bu proseslərin qlobal iqtisadi böhrana səbəb olacağını da iddia edirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Səudiyyədə baş verən proseslər neft qiymətlərinin sürətlə artmasına səbəb ola bilər, amma bu hadisələr beynəlxalq miqyasda bir böhran üçün yetərli deyil:

“Səudiyyədə baş verən hadisələr əsasən hakimiyyət uğrunda gedən savaşın ən kəskin formalarından biridir. Çünki orada monarxik bir rejim olduğundan seçki ilə deyil, monarxın təyin etdiyi vəliəhd taxt-taca iddialı olur. Artıq gənc şahzadə Məhəmməd yeni vəliəhd təyin olunub. O da öz çıxışlarında ciddi islahatların olacağının anonsunu verib. Hətta onun ölkənin “mülayim islam”a keçəcəyi ilə bağlı bəyanatı hakimiyyətdaxili ciddi münaqişələr və mübarizələrin başlanmasına bir siqnal oldu. Nəticədə bir çox nüfuzlu şəxs və kral ailə üzvləri həbs olundu. Artıq onların sayının 40-a çatdığı bildirilir. Bundan sonra müəmmalı şəkildə baş verən helikopter qəzasında şahzadələrin biri və 8 yüksək vəzifəli məmur həyatını itirdi. Üstəlik, keçmiş vəliəhd Fahd da 44 yaşında dünyasını dəyişdi, onun ürək tutmasından, yaxud güllələnərək öldüyü barədə məlumatlar dolaşır. Bütün bunlar hazırda Səudiyyədə çox ciddi proseslərin getdiyini göstərir. Amma bunun qlobal iqtisadi böhrana səbəb olacağını düşünmürəm. Bu hadisələr indiyə qədər ən çox neft bazarına təsir edib. Son 3 gündə Səudiyyədə gedən proseslər nəticəsində təqribən 5 dollara qədər neftin qiymətində artım oldu. Çünki həbs olunanlardan biri həm kral ailəsinin üzvüdür, həm də dünyada və Səudiyyə Ərəbistanında ən böyük neft şirkəti olan “Saudi Aramco”nun eks-prezidenti, yəni idarəedicilərdən biri idi”.

İqtisadçı qeyd edib ki, bir ay bundan öncə belə neftin qiymətinin 64 dollara qədər qalxması fantastik görünürdü:

“Neft qiymətlərinin belə sürətlə artmasının səbəbi Səudiyyədəki proseslərdir və bu beynəlxalq bazarlara təsir göstərir. Amma beynəlxalq miqyasda bir böhranın yaşanacağını demək üçün hələ çox tezdir. Çünki həbs olunanların ümumi varidatı dünya iqtisadiyyatı üçün elə də böyük rəqəm deyil. Amma gələcəkdə bu proseslər daxili münaqişəyə, hətta vətəndaş müharibəsinə qədər gedib çıxacaqsa, bu, neft bazarına kəskin təsir göstərəcək. Bundan başqa, Səudiyyə Ərənistanının dünya iqtisadiyyatında 19-cu ölkə olmasını nəzərə alsaq, burada böyük böhran baş versə, birjalarda çökmələr müşahidə olunsa, təbii ki, bu dünya iqtisadiyyatına da mənfi təsir göstərə bilər”.

Tarix
2017.11.08 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın Kəlbəcər səfərinin sirri...

Ordumuzun atəşi altına düşən erməni postları - Video

Ordumuz bu ərazini də işğaldan azad etdi - Video

Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - Siyahı

Bakı ilə Tehran arasında memorandum imzalandı

Orduda növbəti komanda-qərargah təlimi keçirilir - Foto

BMT: Bakı bu iztirab və çətinlikləri yaxşı anlayır

Türkiyənin 100 hərbçisi Bakıda - Foto

DİM sədri Şəkiyə gedir - Qəbul

Onların pensiyaları yenidən hesablanmaqla ödəniləcək

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla