Yuxarı

Əli Həsənov: Türkiyədə Heydər Əliyevə olan məhəbbət... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın və Türkiyənin ortaq milli mənəvi dəyərlərə, tarixi köklərə malik iki qardaş dövlət olduğunu vurğulayıb. Qeyd edib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsi Azərbaycan–Türkiyə münasibətlərinin fəlsəfəsini müəyyən edən fikirlərdir. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr daha da güclənib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad əlaqələrinin daha da inkişaf etdirilməsində Türkiyənin müvafiq dövlət qurumları və yerli özünüidarəetmə orqanları ilə ölkəmizin yerli icra orqanları arasında əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu mənada qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir.

Azərbaycanın Türkiyədəki diaspor təşkilatlarının səmərəli fəaliyyətində yerli bələdiyyələrin dəstəyini xüsusi qeyd edən Əli Həsənov mütəmadi qaydada keçirilən sərgilərin, konsert proqramlarının, elmi-praktiki konfransların və digər tədbirlərin Azərbaycanda da böyük həvəslə izlənildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Türkiyədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan məhəbbət və böyük hörmət hissi bələdiyyələrin fəaliyyətində də özünü büruzə verir. Adana vilayətinin Ceyhan şəhərində Heydər Əliyev adına park və abidə kompleksinin yaradılması, mövcud parklardan birinə Ümummilli Liderin adının verilməsi ilə bağlı Adana Böyükşəhər Bələdiyyəsinin qərar qəbul etməsi, Heydər Əliyev adına Universitetin açılmasının planlaşdırılması, Mersin vilayətinin Tarsus şəhərində və Hatay vilayətinin Payas rayonunda Heydər Əliyev adına park salınması və s. bunu bir daha təsdiqləyir. Bundan başqa, Türkiyə bələdiyyələrinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla bağlı abidələr ucaldılıb, parklar salınıb, muzeylər yaradılıb və digər işlər görülüb.

Azərbaycanla Türkiyənin müxtəlif şəhərləri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda Gəncə şəhəri ilə İzmir, Qars, Bursa, Ordu, Ankara, Elağız, Eskişehir, Sumqayıt şəhəri ilə Ceyhan, Bakının Xətai rayonu ilə Tarsus, Nəsimi rayonu ilə İzmit, Şəki şəhəri ilə Meram, Mingəçevir şəhəri ilə Gölbaşı, Şamaxı və Şərur şəhərləri ilə İğdır qardaşlaşmış şəhərlərdir.

Azərbaycan və Türkiyənin bələdiyyə orqanları arasındakı münasibətlər müxtəlif konfranslar və sərgilər çərçivəsində də inkişaf edir. Təqdirəlayiq haldır ki, Türkiyə bələdiyyələri bu cür tədbirləri yalnız öz ərazilərində deyil, hətta xarici dövlətlərdə keçirmək təşəbbüsü ilə çıxış edirlər.

Prezidentin köməkçisi deyib ki, 1918-ci ildə Azərbaycanda bolşevik-daşnak silahlı birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgərlərinin müxtəlif şəhərlərdəki məzarları üzərində xatirə abidələri yenidən tikilib və yaxud təmir olunub. Hər il sentyabrın 15-də türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsi önündə anım mərasimləri keçirilir.

Qeyd edək ki, Çukurova Bələdiyyələr Birliyi Adana, Mersin, Hatay və Osmaniye vilayətlərinin böyükşəhər, diyar, şəhər, qəsəbə, kənd bələdiyyələrinin üzv olduğu regional birlikdir.

Tarix
2017.11.08 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla