Yuxarı

Ermənilərin həsəd apardığı generalımız - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinin generalının şəhid anasının əlini öpməsini əks etdirən foto böyük rezonans doğurub. Azərbaycan dövlətinin öz şəhidinə və onun yaxınlarına verdiyi qiymətin nümunəsi olan bu foto Ermənistanda da son günlərin əsas müzakirə məsələsinə çevrilib. Xüsusi ilə sosial şəbəkələrdə insanlar bu fotonu erməni dövlətinə və zabitlərinə örnək göstəriblər. Onlar bildiriblər ki, Azərbaycan şəhid valideyninə belə bir ehtiram göstərdiyi halda Ermənistanda şəhid və əsgər anaları dəyənəklərlə qarşılanır. Onların haqlı tələblərlə keçirdikləri aksiyalar zorakılıqla dağıdılır.

Bir həftə əvvəl Azərbaycan Texniki Universitetində anım tədbiri keçirilib. Mərasimdə 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edilib. Medalı şəhidin anasına sabiq birləşmə komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov təqdim edib. Bu zaman general ehtiram əlaməti olaraq şəhid anasının əlini öpüb və hüzurunda baş əyib.

1997-ci ildə döyüş tapşırığını yerinə yetirə Anar Rzayev və onunla birlikdə şəhid olmuş qəhrəmanlar barədə sənədli film çəkilib. Filmin təqdimatı da şəhidlərdən birinin övladının təhsil aldığı ali məktəbdə təşkil edilib.

Bu hadisə Ermənistanda da gündəmə çevrilib və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Erməni Feysbuk istifadəçiləri də ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun həmin fotosunu sosial şəbəkədə paylaşıblar. Fotoya "Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil" qeydini də əlavə ediblər. Yayılan fotoya şərhlərdə isə istifadəçilər bilidiriblər ki, Ermənistanda şəhid və əsgər analarının nəinki əlini öpən, onları qəbul edən belə yoxdur. Onlar daim fiziki zorakılığa məruz qalıb haqlı tələblərini tələb edərkən dəyənəklərlə döyülərək dövlət qurumlarının qarşısından qovulublar.

Ermənilər etiraf edib ki, artıq gənclərdə vətənpərvərlik deyə bir şey qalmayıb. Bu duyğunu isə elə başda dövlət özü öldürüb. Erməni əsgərləri nəyin uğrunda belə öldüklərini bilmirlər.

Tarix
2017.11.08 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla