Axar.az
Yuxarı

Moskva Qarabağ savaşında tərəfsiz qalacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilər bölgədə yenidən hərbi avantüra törətməyə çalışırlar".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Qarabağ ətrafında baş verən son prosesləri şərh edərkən deyib.

O, İrəvanın işğal olunmuş rayonları bir dəfəlik qaytarmaq niyyətində olmadığını bildirib:

"Rusiya-Azərbaycan yaxınlaşmasının təsiri erməniləri müxtəlif fəndlərə əl atmağa vadar edir. Onlar Rusiya ilə strateji müttəfiqliyə arxalanaraq, belə bir avantüraya getmək niyyətindədirlər. Bununla da Moskva ilə Bakı arasında inkişaf edən münasibətləri pozmaq istəyirlər. Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı rayonların geri qaytarılması ilə bağlı aparılan müzakirələrə təsir edə bilər. Son günlər müxtəlif rayonların azad olunacağı ilə bağlı informasiyaların yayılması da burada aparılan müzakirələrin ciddiyyətindən xəbər verir. Ümumiyyətlə, bu danışıqlar çox məxfi aparılır. Ermənilər isə bütün rayonların birdən qaytarılmasının tərəfdarı deyillər. Onlar bəzi bölgələri saxlamaqla gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə bazarlıq etmək niyyətindədirlər. Rusiya hərbi avantürada Ermənistanı müdafiə etməyəcək. Üstəlik Qarabağın Azərbaycanın ərazisi olduğu bəhanə gətirilərək, Moskva səssiz qalacaq".

Tarix
2014.06.30 / 11:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı ilə bu istiqamətdə işləyə bilərik - ABŞ səfiri

Türkiyə və Ermənistan razılaşdı: sərhədlər açılır

Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı necə olacaq?

Cəmşid Naxçıvanski liseyi bu universitetin tabeliyinə verildi

Ceyhun Bayramov Fayezlə görüşdü - Foto

DTX-nin saxladığı Şükür Səfərov kimdir?

Prezidentdən Şuşa ilə bağlı daha bir qərar

Saxlanılan gömrük məmuru nazirin əmisi oğludur?

Düzdür, hazır deyilik, ancaq Zaurları biz təyin etməmişik

Erməni müxalifəti parlamentdəki vəzifələrindən imtina edir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla