Yuxarı

Lavrov Bakıya hansı təkliflərlə gəlir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçi görüşünün ardından Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvana gözlənilən səfəri, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ məsələsi üzrə növbəti görüşü ilə bağlı “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Gələn həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvan və Bakıya səfər edəcək. Ümumiyyətlə, bu səfərin siyasi əhəmiyyəti varmı?

- Soçidə Ərdoğanla Putin arasında Qarabağ konflikti ilə bağlı müzakirələrin getdiyi şübhəsizdir. Rusiya hazırda Azərbaycan üzərindən dəmir yollarının Ermənistandan keçməsində maraqlıdır. Bu, göstərir ki, Ərdoğan və Putin Soçidə Qarabağ məsələsindən yan keçməyiblər. Hazırda əsas məsələ bu iki dövlətin nizamnaməyə nəzərləri ilə bağlıdır. Rusiya və Türkiyə siyasi, hərbi və iqtisadi maraqlarının müzakirəsi kontekstində Bakının baxışını inkar edə bilməzlər. Qafqazdakı vəziyyət Moskva və Ankaranı Qarabağ probleminin həllində yaxınlaşdırır. Bakı üçün maraqlı olan Azərbaycanın maraqlarının üstün tutulmasıdır. Soçi görüşünün ardından Lavrovun Bakı və İrəvana səfəri təsadüfi deyil. Rusiyanın hazırda cənub istiqamətə böyük ehtiyacı var. Çünki Rusiyanın qərb istiqamətdə NATO, Baltikyanı ölkələr, Ukrayna və bəzi məsələlərdə Belarusla münasibətləri narahatedicidir. Hesab edirəm ki, Lavrovun Bakıya səfəri Rusiya və Türkiyə arasında Qarabağ danışıqlarının növbəti raundudur.

- Lavrovun bu səfər əsnasında Məmmədyarov-Nalbəndyan görüşü üçün effektiv gündəm formalaşdıracağı və həmsədrlərin də dəstəklədiyi plan təqdim edəcəyi deyilir.

- Azərbaycan və Ermənistan xarici işləri nazirləri səviyyəsində baş tutacaq növbəti görüşdə Qarabağ məsələsinin həllinin siyasi, iqtisadi və hərbi aspketləri gündəmdə olacaq. Ermənistan faktiki iqtisadi müharibədə Azərbaycana uduzub. İrəvan hazırda çıxış yolu axtarır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla masa arxasına oturmaq və bəzi əraziləri geri qaytarmaqla əvəzində nəsə almaqdır. Nalbəndyanın “Dağlıq Qarabağ”ı təhlükəyə salmayan bəzi ərazilərin Azərbaycana qaytarılmasını” bəyanatı da məhz bunu nəzərdə tutur.

Tarix
2017.11.15 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla