Yuxarı

ABŞ-da tarixi qərar: Tramp devriləcəkmi? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmpiçment məsələsi çox ciddi bir prosedurdur və Amerika tarixində indiyədək bu qayda ilə vəzifəsindən uzaqlaşdırılan prezident olmayıb.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmenin Prezident Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsünün nə ilə nəticələnəcəyi haqda danışarkən deyib. O bildirib ki, əgər Senatorların 2/3 hissəsi razılıq verərsə, impiçment barədə qərar qəbul oluna bilər:

“Prezident impiçmentə məruz qalacağı təqdirdə onun vəzifəsinin icrası yeni seçkilərədək vitse-prezidentə həvalə olunur. Prezidentə etimadsızlıq təşəbbüsü və onun əsaslandırılmasına dair dinləmələr aşağı palatada həyata keçirilir. Daha sonra isə Senatda ABŞ Ali Məhkəməsi rəhbərinin sədrliyi ilə prezidentin impiçmentinə əsas hesab olunan iddiaların araşdırılması başlamalıdır.”.

Politoloq qeyd edib ki, Trampın impiçmentinə səbəb olacaq bir neçə əsas iddia var:

“O, Virciniya ştatında radikal sağçılarla solçular arasında insan tələfatı ilə nəticələnən toqquşmalara göz yumub, onun seçkiqabağı Rusiya ilə əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini qeyri-qanuni olaraq xidməti uyğunsuzluq ittihamı ilə vəzifəsindən uzaqlaşdırıb, habelə Ağ Evdə Lavrovla görüşü zamanı İŞİD-in planları barədə məlumat verərkən müttəfiq ölkələrin agenturasına dair dövlət sirri ehtiva edən məlumatları xarici ölkəyə ötürmüş olub. Təbii ki, Tramp və Ağ Evin hüquqşünasları bu ittihamları rədd edir. Məsələn, Tramp özü Tvitter səhifəsində yazıb ki, o, Rusiya ilə təhlükəsizliyə dair məlumatları mübadilə etmək hüququna malikdir”.

Politoloq vurğulayıb ki, ABŞ Konstitusiyasının 4-cü başlığının 2-ci maddəsinə əsasən, prezidentin vətənə xəyanət və digər ağır cinayətlərə görə məcburi qaydada Konqres tərəfindən vəzifəsinin icrasına xitam verilə bilər:

“Lakin iki dəfə ayrı-ayrı prezidentlərə - Conson və Klintona qarşı Nümayəndələr Palatasının təşəbbüsünü Senat səs çoxluğu olmadığı üçün qəbul etməyib. Bir dəfə isə impiçmentin baş tutacağından ehtiyat edən Nikson özü könüllü istefa verib. İndi də Trampa qarşı bu prosedurun baş tutacağı ehtimalı inandırıcı görünmür”.

Politoloqun sözlərinə görə, bu prosesin baş tutmamasının bir neçə səbəbi var:

“Nümayəndələr Palatasının bir neçə demokrat üzvünün irəli sürdüyü təşəbbüsü heç Demokratlar Partiyasının rəhbərliyi özü də dəstəkləmir, Trampın Respublikaçılar Partiyası onu tam müdafiə edir və s. Hətta bu məsələ Senatın müzakirəsinə çıxarılsa da, bu təşəbbüsün Senatorların 2/3 səs çoxluğunu qazanması çətin məsələdir. Üstəlik də, Senatda impiçment müzakirəsinə rəhbərlik edəcək ABŞ Ali Məhkəməsinin sədri, Trampın bu vəzifəyə irəli çəkdiyi şəxsdir və anqlo-sakson hüquq sistemi hakimə “öz daxili inamından” çıxış edərək hökm vermək səlahiyyəti verdiyindən o bu məsələdə yekun qərar verə bilər. Onun isə Trampı müdafiə edəcəyi məlumdur”.

Qeyd edək ki, ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib.

Tarix
2017.11.16 / 23:36
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla