Yuxarı

Rusiya, Türkiyə və İranın kritik Suriya qərarı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğan, Putin və Ruhani Suriyada yeni oyun qaydalarını müəyyən edəcəklər.

Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya növbəti səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Rusiya, Türkiyə, həmçinin, İran prezidentinin iştirakı ilə Rusiyada baş tutacaq üçtərəfli görüşdə postkonflikt şəraitində Suriyadakı siyasətin bundan sonrakı taleyi gündəmdə olacaq:

“Artıq İŞİD-ə qarşı müharibə bitmək üzrədir. Oyunçular Suriyada yeni oyun qaydalarını müəyyən edəcəklər. Hər üç dövlət postmüharibə şəraitində əməkdaşlıqda maraqlıdır. Bütün hallarda bu və ya digər şəkildə Yaxın Şərqdə və ümumi kontekstdə İraqdakı vəziyyət də müzakirə oluna bilər. Belə formatlı görüşlərdə adətən daha çox fikir mübadiləsi aparılır və gündəlikdə olan məsələlər bir daha nəzərdən keçirilir. O üzdən hələ hansısa ciddi qərarların olacağını gözləmirəm. Çox güman ki, bu görüşdən sonra hər üç ölkə Suriyadaxili siyasətdə özlərini necə aparacaqlarını və hansı qüvvələri dəstəkləyəcəklərini gözdən keçirəcəklər. Suriyada müharibədən sonra siyasi qüvvələrin nisbiliyi ilə bağlı fikir mübadiləsi də qaçılmazdır. Hər üç dövlət bu istiqamətdə xarici işlər və müdafiə nazirliklərinə göstərişlər də verə bilər. Bu göstərişlərin nədən ibarət olacağı isə görüş əsasında bilinəcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-si Rusiyaya səfər edəcək. İran dövlət başçısı Həsən Ruhaninin də Moskvaya gedəcəyi gözlənilir.

Tarix
2017.11.17 / 00:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla