Yuxarı

“NATO ilə bağlı gəzən bu söhbətlər cəfəngiyatdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“NATO ilə bağlı gəzən bu söhbətlər cəfəngiyatdır”

"NATO Azərbaycanda baza yaratmayacaq".

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov NATO-nun Azərbaycanda hərbi baza yaratma ehtimalı ilə bağlı məsələni şərh edərkən söyləyib.

O, Azərbaycanın öz ərazisində hansısa xarici dövlətin hərbi hissəsinin yerləşdirilməsinə heç vaxt icazə verməyəcəyini bildirib:

"NATO-nun Azərbaycanda hərbi baza yaratması məsələsi cəfəngiyatdır. Azərbaycanın Hərbi doktrinasında da dəqiqliklə göstərilib ki, Azərbaycanda heç bir xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz. Burada NATO-nun hərbi bazasına da ehtiyac yoxdur. NATO Azərbaycanla ona görə əməkdaşlıq edir ki, təhlükəsizlik və müdafiə məsələlərində Bakıya yardımçı olsun. NATO Gürcüstanla daha çox yaxındır. Əgər istəsəydilər, bazanı məhz orada yaradardılar. NATO-nun özü də çox gözəl anlayır ki, burada həm Rusiya, həm İranın maraqları toqquşur. Ümumiyyətlə, Azərbaycanda hər hansı NATO bazasının olmasını mən düşünmürəm və görmürəm".

Qeyd edək ki, bir müddət öncə bəzi analitiklər NATO-nun Azərbaycanda hərbi baza yaradacağı ilə bağlı iddia ilə çıxış etmişdilər.

Tarix
2014.07.01 / 22:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla