Yuxarı

Avropanın Ermənistandan tələbi odur ki... - Gürcü politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Ermənistandan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlamağı tələb edib. Ermənistan enerji böhranı ilə üz üzədir.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” saytı yazıb.

Saytın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Aİ ilə Ermənistan arasında imzalanacaq razılaşmanın şərtləri açıqlanıb. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in fəaliyyətini dayandırmalı, ölkənin enerji təhlükəsizlyini təmin etmək üçün alternativ yollar tapmalıdır.

Aİ-nın bu tələbi erməni və gürcü iqtisadçılar, siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Erməni iqtisadçı Vilen Xaçatryan hesab edir ki, Ermənistanın alternativ enerji mənbələri yoxdur. Metsamor AES-in bağlanması Ermənistanın regiondakı mövqelərini daha da zəiflədəcək.

Gürcü politoloq, tarixçi alim Simon Kopadze Azərtac-a müsahibəsində deyib ki, Ermənistanın Avropa İttifaqı ailəsinə daxil olması üçün Metsamor AES-in bağlanması yeganə şərt ola bilməz. Ermənistan, eyni zamanda, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, işğala, terrora son qoymalıdır.

Politoloq hesab edir ki, ikili standartları ilə seçilən Avropa İttifaqı əslində təkcə Metsamor AES-in bağlanması tələbini irəli sürməklə əsas məsələdən yayınır.

“Belə olmasa idi, Avropa İttifaqı dövlətlərin ərazi bütövlüyü məsələsini, Ermənistanın işğalçılıq siyasətini qabardar, ondan işğala son qoymağı tələb edərdi və regionda sülhə nail olunardı. Ona görə də hesab edirəm ki, başqa dövlətin vassalı olan Ermənistan üçün Metsamor AES çox zəif şərtdir”- deyə Kopadze vurğulayıb.

“Art-qallery” televiziyasının rəhbəri, politoloq Tengiz Txilava isə hesab edir ki, bu tələb çoxdan irəli sürülməli idi. Çünki Metsamor AES istismar müddətini başa vurub və regionun, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə mənbəyidir: “Biz hamımız Çernobıl faciəsini çox yaxşı xatırlayırıq. Metsamor AES-də də ciddi problemlərin yaşandığı hamıya bəllidir. Düşünürəm ki, Ermənistanın inadkarlığı Avropanın da narahat etməyə başlayıb. Çünki, bu stansiyada fəlakət baş versə, Avropa ölkələri də bunun acı nəticələrini yaşayacaqlar. Amma bu tələb yalnız kağız üzərində qalmamalı, Ermənistana qarşı digər tələblər də irəli sürülməli və onların icrasına nail olunmalıdır” - deyə Txilava vurğulayıb.

Qeyd edək ki, noyabrın 24-də Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyətindədir.

Tarix
2017.11.19 / 23:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla