Yuxarı

Sərkisyanın əli Azərbaycan xalqının qanına batıb - Qriqoriu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünki mövzunun aktuallığı göstərir ki, separatizm yalnız bir çox böyük ölkələrin deyil, həmçinin beynəlxalq problemdir.

Axar.az xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı Moldovanın eks-ambudsmanı, tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu deyib. Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan Diaspor Komitəsinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edən xanım Qriqoriu forumun “Şərq tərəfdaşlığı” ölkələrinin 24 noyabrda başlayacaq sammiti öncəsi keçirilməsinin xüsusi önəmi olduğunu bildirib:

“Düşünürəm ki, bu gün burada səslənən fikirlər “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin rəhbərləri tərəfindən istifadə olunacaq. Belə forumları ölkəmizi idarə edən şəxslərə separatizmlə mübarizə sahəsində hər hansı tövsiyələr hazırlamaq üçün tez-tez keçirmək vacibdir”.

A.Qriqoiu qeyd edib ki, Dağlıq Qarabağda separatizm deyil, işğal var:

“Ermənilər Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib və bunun nəticəsində 1 milyon azərbaycanlı qaçqın düşüb. Bu, dünyada görünməmiş qaçqın axınıdır. Təəssüf ki, dünya birliyi buna seyrçi qaldığı üçün digər işğallar - Dnepryanı proseslər, Abxaziya və Cənubi Osetiya, Krımda və s. hadisələr ortaya çıxdı”.
Xanım Qriqoriu daha sonra bildirib ki, Serj Sərkisyanı cinayətkardır, onun əli Azərbaycanın dinc əhalisinin qanına batıb:

“Buna baxmayaraq, dünyanın bir çox liderləri ona salam verir və qanlı əllərini sıxır. Cinayətkara bu cür münasibət yeni cinayətlərə yol açır, hərbi cinayətlərin cəzasızlığı presedentini yaradır. Bu cür caniləri dünya liderləri qəbul etməməlidir”.

A.Qriqoriu vurğulayıb ki, Ermənistan canilərinin Avropa ölkələrinə səfərinə imkan verilməməlidir, eləcə də işğal bölgələrinə qanunsuz səfərlər dayandırılmalıdır.

Tarix
2017.11.20 / 21:35
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla