Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2019


DİN-nin əməkdaşı Avropada 2-ci oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan idmançılarının mötəbər beynəlxalq turnirlərdə qazandıqları uğurlarda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının da öz payı var. Azərbaycanın hər səhifəsi parlaq qələbələrlə zəngin olan idman tarixinə nəzər yetirdikdə bunu aydın görmək mümkündür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, belə idmançılardan biri də DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşı, polis serjantı Nicat Hüseynovdur.

Güc, çeviklik və düşüncə tələb edən kempo idmanı ilə məşğul olan N.Hüseynov bu yaxınlarda Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Yarışla bağlı təəssüratlarını bölüşən idmançı deyib: “Çempionatda Avropanın ən güclü, titullu idmançıları iştirak edirdilər. Birinci döyüşüm Macarıstan idmançısı ilə oldu və onu məğlub etdim. İkinci qarşılaşmada fransalı rəqibim üzərində qələbə qazanmağım elə də çox vaxt aparmadı. Yarımfinalda yerli idmançı ilə qarşılaşmam tamaşaçılar üçün xüsusən böyük maraq kəsb edirdi. Azarkeşlər öz idmançılarından qələbə gözləyirdilər. Lakin qələbəni mən qazandım və sübut etdim ki, harada olursan-ol özünəinam hissi insanı qələbəyə doğru aparır. Yarımfinalda olduğu kimi, finalda da rəqibim rumıniyalı idmançı oldu. Döyüş çox çətin keçdi. Etiraf edim ki, rəqibim çox güclü idi və mən gümüş medalla kifayətlənməli oldum”.

Azərbaycan atletlərinin, eləcə də DİN-in əməkdaşı olan idmançıların daha böyük uğurlar qazana bilmələri üçün yaradılmış əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirən N.Hüseynov deyib: “Bu əlverişli şəraitdən istifadə edərək qarşıdakı yarışlara daha ciddi hazırlaşıb adımızı birincilər sırasına yazdıracağıq”.

Tarix
2017.11.20 / 22:02
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yanvar hadisələrinin gizli nüansları - Faktlar

20 Yanvar yeni tarixin başlanğıcıdır - Vasadze

SSRİ-nin 1988-də Qarabağ qərarı nəyi nəzərdə tuturdu?

Bakı rus pasportlu erməniləri niyə ölkəyə buraxmır?

Rusiya XİN-in 3 ayda Bakıya qarşı 4 bəyanatı... – Səbəb

AP-ın bu qətnaməsi mandatdan kənara çıxmaqdır

Mnanqaqvanı Bakıya hansı siyasi səbəblər gətirdi? – Şərh

20 Yanvar gecəsi metro işləməsəydi...

Yandırıcı güllələrin törətdiyi yanğın... - Deputat

Rusiya Xaçmazda NATO ordusu görmək istəmirsə... - Politoloq

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla