Yuxarı

İdlibdə gərginlik: razılaşma pozuldu, Türkiyə təklənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Əsədin ordusu havadan Rusiyanın, yerdən İranın dəstəyi ilə İdlib vilayətində hücum əməliyyatları keçirir. İdlib Astana formatı çərçivəsində Rusiya, İran və Türkiyə arasında razılaşdırılmış 4 deeskalasiya zonasından biridir və burada gərginliyin azaldılması işlərinə Rusiya və İranla yanaşı, Türkiyə də məsuldur.

Axar.az xəbər verir ki, bu haqda politoloq Şahin Cəfərli yazıb. O qeyd edib ki, qələbələrdən ruhlanan Əsəd Rusiya və İranın bilavasitə iştirakı ilə İdlibi də öz nəzarəti altına almağa çalışır və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) bağlı qruplara zərbələr endirir, onları həmin ərazilərdə sıxışdırır:

“Halbuki razılığa əsasən, orada hökumət qüvvələri ilə “mötədil” adlandırılan qruplar arasında döyüşlər, o cümlədən Rusiya aviasiyasının bombardmanları dayandırılmalı idi. Bundan başqa, Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaratmalıydı, lakin hələ ki cəmi 3 məntəqə yarada bilib və dördüncünü qurmağa çalışır. Türkiyə haqlı olaraq Astana razılaşmalarının pozulmasına etirazını bildirdi. Moskva isə razılaşmaların Türkiyəyə yaxın qruplar tərəfindən pozulduğunu iddia edir, hətta özünün hərbi bazalarına 13 ədəd pilotsuz uçuş aparatı vasitəsilə təşkil olunan hücumun həmin qrupların nəzarətindəki ərazilərdən həyata keçirildiyini bildirir. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Baş Qərargah rəisinə və MİT rəhbərinə məktub göndərib.

ABŞ-ın Türkiyənin terror təşkilatı saydığı PYD-YPG-yə aktiv dəstəyi davam edir, Fransa isə YPG-nin qurduğu və İŞİD üzvü olan Fransa vətəndaşlarının da mühakimə olunacağı məhkəmələrin qərarlarını tanıyacağını bildirib”.

Tarix
2018.01.10 / 21:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla