Yuxarı

Prezidentin bu qərarı ilin tarixi hadisəsidir - Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalanması azərbaycanlılar üçün və Azərbaycan dövləti üçün tarixi əhəmiyyətli hadisədir.

Axar.az xəbər verir ki, “Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzxan Əhmədov Azərtac-ın müxbiri ilə söhbətində bu haqda danışıb.

U.Əhmədovun sözlərinə görə, dövlətimizin 100 illik yubileyi o deməkdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini yaradan ovaxtkı rəhbərlərimiz düzgün yol seçiblər, ona görə də bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu gün də mövcuddur və firavanlaşır. “Azəri” Cəmiyyətinin rəhbəri deyib: “Hər bir azərbaycanlı fəxr edir ki, onun dövlətinin 100 yaşı var!”.

U.Əhmədovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamı onun həm Azərbaycan əhalisinə, həm də rəhbərlik etdiyi dövlətin tarixinə göstərdiyi hörmət və qayğını bir daha sübut edir.

O deyib: “Biz, Latviyada yaşayan azərbaycanlılar Prezidentin bizim tarixi Vətənimizə göstərdiyi qayğıya görə ona təşəkkür edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun kursunun layiqli davamçısı, Azərbaycan dövlətinin Prezidentinin sayəsində biz, azərbaycanlılar ümummilli lider Heydər Əliyevin bu sözlərini qürurla deyirik: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Tarix
2018.01.12 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla