Yuxarı

Bakı ilə saziş demək olar ki, razılaşdırılıb - Yankauskas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya üzrə saziş, demək olar ki, artıq razılaşdırılıb.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, sazişlə bağlı sadəcə son nöqtəni qoymaq lazımdır: " Düşünürəm ki, yanvar- fevral aylarında bu mümkün olacaq".

Kestutis Yankauskas həmçinin qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar dinamik aparılır.

Səfir deyib ki, sazişin bu il imzalanması üçün səy göstəriləcək: "Çalışacayıq ki, vaxt itirməyək. Sazişin imzalanması ilə bağlı böyük bir problem yoxdur. Sazişin bu il ərzində imzalanacağına ümid edirəm".

Tarix
2018.01.12 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla