Yuxarı

ABŞ Rusiyaya mane ola bilməyəcək – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya, Türkiyə və İranın Suriyada müsbət nəticələr əldə etməsindən narazıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, faktiki olaraq Suriyada terrora Rusiya, Türkiyə və İranın birgə səyləri nəticəsində son qoyuldu, BMT və Amerikanın heç bir rolu olmadı:

“Bu, Amerikanın xarici siyasətinin zəifliyindən irəli gəlirdi. Məhz buna görə də ABŞ zəif görünməmək üçün bu üçlü ittifaqa müəyyən əngəllər yaratmağı düşünür və Suriya məsələsinin beynəlxalq formata keçməsini istəyir. Ancaq inanmıram ki, bu, baş tutsun. Buna heç Rusiya, Türkiyə, İran da razı olmaz. Çünki sözügedən dövlətlərin hazırda Amerika ilə münasibətləri soyuqdur”.

Politoloq Soçi formatının uğurlu olduğunu düşünür:

“Düzdür, son günlər Rusiya ilə Türkiyə arasında müəyyən mübahisələr yaranıb. Ancaq hesab edirəm ki, ilk mərhələdən sonra daha ağır ikinci mərhələ - Suriyada sülh quruculuğudur. Əgər Rusiya, Türkiyə və İran bu mərhələdə də uğur qazansa, üçlük Suriyada nəzarətin Amerikanın, yaxud BMT-nin əlinə keçməsinə imkan verməyəcək”.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Devid Sattirfayld Türkiyə, İran və Rusiyanın Suriya böhranının həlli ilə bağlı apardığı Soçi formatını qeyri-qanuni adlandırıb və ölkəsinin bu formata qarşı BMT vasitəçiliyi ilə hərəkətə keçəcəyini bəyan edib.

Tarix
2018.01.12 / 21:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla