Yuxarı

Bu, yalnız Azərbaycanın deyil, bütün... - Mahmudov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.

AMEA-nın Tarix İnstitutundan Axar.az-a verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov “Azərsun Holdinq” şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr etdiyi diskdəki “Ön söz”də bildirib.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığın qeyd edən Yaqub Mahmudov vurğulayıb ki, AXC irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü.

“Ön söz”də deyilir: “Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may ölkəmizdə Respublika Günü kimi qeyd olunur”.

Yaqub Mahmudov bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın tarixi yenidən yazılır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib.

Qeyd edək ki, “Azərsun Holdinq” şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin hər bir ayı Cümhuriyyətin qurulmasında xüsusi xidmətləri olmuş ayrı-ayrı şəxsiyyətlərə həsr olunub.

Tarix
2018.01.13 / 22:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla