Yuxarı

Rauf Arifoğlu mətbuata iki gün vaxt verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlu mətbuata iki gün vaxt verdi

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, prezident İlham Əliyevlə görüşün nəticəsinin olacağı ilə bağlı proqnozlar verib və Azərbaycan yazılı mediasına buna görə iki gün vaxt da təyin edib.

"Axar.az"ın ANS-ə istinadən məlumatına görə, baş redaktor Facebook səhifəsində yazdığı statusunda, "Dostlar, hesab edirəm ki, 2001-ci ildə prezident Heydər Əliyevlə görüşüb, mətbuatı neçə zor durumdan çıxartdıqsa, analoji bir hadisə baş verib. O zaman da məni şiddətlə tənqid edənlər vardı ki, niyə getdin, niyə onunla danışdın..." - deyə onu tənqid edənlərə cavab verib.

O, bildirib ki, 2001-ci ildə Facebook olsaydı, tənqidlər daha çox olacaqdı: "Olsun, bu da mənim və ümumi işin xeyrinədir. Lakin əminəm ki, doğru etmişəm, dəvəti qəbul edib, prezidentlə birbaşa təmas imkanından istifadə etmişəm, orada medianın problemlərini qaldırmışam. Prezidentin də münasibət, çıxış və mesajlarını mühüm hesab edirəm. Mənə elə gəlir ki, yalnız qəzet sənayesini deyil, daxili siyasəti əhatə edəcək dəyişikliklər gündəmə gələ bilər".

R.Arifoğölu, qəzet yayımı ilə bağlı - indi məlumat aldığını və artıq göstərişin verildiyini deyib: "Və həftənin ikinci günündən etibarən bunun faydalarını iqtidarlı-müxalifətli, bütün media quruluşları, həm də oxucularımız, görəcəklər. Tədbirin adı, formatı ikinci dərəcəlidir mənim üçün. Mühüm olan qəzetləri qurtarmaqdır, buna təşəbbüs etməkdir. Bu şans da verildi, babat da işlədik. Anlayanlara minnətdaram, anlamayan, qərəz göstərən, ya da səmimi olaraq bu addımı qaralayanlara isə şükran borcum var. İndiki zamanda ünvanımıza ya sevgi, ya söyüşlə -qəzəblə xitab edən hər kəs önəmlidir".

Tarix
2013.11.25 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla